Ramiz Hüseynov: Azərbaycan–Qırğızıstan münasibətlərində yeni müttəfiqlik mərhələsi başlayıb

Azərbaycan və Qırğızıstan arasında münasibətlər yeni strateji mərhələyə qədəm qoyub. Bunu YAP İdarə Heyətinin üzvü, YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov bildirib.

Sumqayit.tv xəbər verir ki, Ramiz Hüseynovun sözlərinə görə, Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri iki ölkə arasında əməkdaşlığın müttəfiqlik səviyyəsinə yüksəldiyini nümayiş etdirib.

O qeyd edib ki, səfər çərçivəsində imzalanan sənədlər siyasi, iqtisadi, humanitar və rəqəmsal sahələrdə əməkdaşlığın daha da genişlənməsinə zəmin yaradacaq. Bildirilib ki, Azərbaycan-Qırğız İnvestisiya Fondunun büdcəsinin 200 milyon dollara çatdırılması da iqtisadi əlaqələrin inkişafına mühüm töhfə verəcək.

Ramiz Hüseynov vurğulayıb ki, İssık-Kul sahilində Azərbaycanın sərmayəsi ilə inşa edilən "Bakı" hoteli, eləcə də Ağdamda Qırğızıstanın dəstəyi ilə tikilən "Manas" məktəbi iki qardaş ölkə arasındakı dostluq münasibətlərinin rəmzidir.

YAP rəsmisi əlavə edib ki, Prezident İlham Əliyevin Qırğızıstanın ali dövlət mükafatı – I dərəcəli "Manas" ordeni ilə təltif olunması da ölkələr arasında qarşılıqlı etimadın və yüksək səviyyəli münasibətlərin göstəricisidir.

Ramiz Hüseynovun fikrincə, Azərbaycan və Qırğızıstan arasında formalaşan müttəfiqlik münasibətləri regionda əməkdaşlığın daha da möhkəmlənməsinə və ortaq inkişaf məqsədlərinin həyata keçirilməsinə xidmət edəcək.


3-08-2026, 17:10 43

Digər xəbərlər

33 nömrəli avtobusla bağlı sakinlərin narazılığı artır: “Uzun müddət gözləyirik"

Sumqayıt Tibb Mərkəzində qalmaqal - 13 əməkdaş qanunsuz olaraq işdən çıxarılıb

Sumqayıt Ağsaqqallar Şurasında qarşıda duran vəzifələr müzakirə olunub -FOTO

Sumqayıt sakinlərinə ŞAD XƏBƏR – Xırdalan qatarı yenidən işləyəcək-VİDEO

Sumqayıtda kafe tamamilə yanıb

Sumqayıtda ağacların qanunsuz kəsilməsi ilə bağlı araşdırma aparılır – 71 940 manatlıq ziyan

Sumqayıtda 1 nömrəli Şəhər Xəstəxanasına yeni rəhbər təyin olunub-FOTO/VİDEO

Novxanıda kirayədə yaşayan kişinin meyiti tapıldı

AQTA-dan bitki yağları ilə bağlı XƏBƏRDARLIQ: Bəzi məhsullarda təhlükəli maddə aşkarlanıb

Bakı metrosunda hərəkət dəyişir: Sumqayıtdan Bakıya gedənlərin DİQQƏTİNƏ

Kamran Əsədov məhkəmədə cinayət işinə xitam verilməsini istədi

Sumqayıtda avqust ayının pensiyaları ÖDƏNİLDİ

Sumqayıtda 27,5 milyon manatlıq layihə: 100-dən çox yeni iş yeri yaradılacaq

Novxanıda üç avtomobil toqquşdu – Xəsarət alanlar var

Sumqayıt yolunda yanğın təhlükəsi yaradan quru ot və zibillər təmizləndi

“Təmiz sahil, təmiz dəniz” – Coratda iməcilik keçirildi

Sumqayıtda zibil qutuları niyə azalıb? – Sakinləri düşündürən məsələ-FOTO

Sumqayıtın 5-ci mikrorayonundakı 8/2 yataqxanasında günorta saatlarında su gəlmir – Sakinlər iddia edir

Sabah Sumqayıtda 29 min abonentin qazı kəsiləcək

Sumqayıtda restorandan oğurluq edən və motosiklet qaçıran şəxslər saxlanıldı

1 2 3 4 5 6 7 8 9 10 ... 1098
Dünən, 22:10
Dünən, 21:37
Dünən, 20:04
Dünən, 18:06
Dünən, 18:00
Dünən, 17:53
Dünən, 16:42
Dünən, 15:27
Dünən, 13:45
Dünən, 13:44
Dünən, 13:29
Dünən, 12:37
Dünən, 12:25
Dünən, 12:08
Dünən, 11:52
Dünən, 10:35
Dünən, 09:10
13-08-2026, 20:46
13-08-2026, 17:24
13-08-2026, 16:00
13-08-2026, 13:43
13-08-2026, 12:39
13-08-2026, 12:07
13-08-2026, 11:04
13-08-2026, 10:45
13-08-2026, 10:23
12-08-2026, 20:02
12-08-2026, 17:45
12-08-2026, 16:16
12-08-2026, 15:25
12-08-2026, 15:23
12-08-2026, 14:05
12-08-2026, 13:12
12-08-2026, 12:34
12-08-2026, 12:19
12-08-2026, 12:16
12-08-2026, 12:11
12-08-2026, 10:00
12-08-2026, 01:54
11-08-2026, 20:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1098