
Sumqayıt avtomobil elanlarının sayına görə ölkədə Bakıdan sonra ikinci yerdə qərarlaşıb.
Sumqayit.tv xəbər verir ki, bu ilin iyul ayı ərzində şəhərdən onlayn avtomobil satış platformalarında ümumilikdə 2704 elan yerləşdirilib.
Araşdırmaya əsasən, Sumqayıtda satışa çıxarılan avtomobillər arasında ən çox "Mercedes", "Hyundai" və "Kia" markaları üstünlük təşkil edib.
Məlumata görə, şəhərdə satışa çıxarılan avtomobillərin orta qiyməti 14 800 manat olub. Müqayisə üçün Bakıda bu göstərici 21 700 manat təşkil edib.
Qeyd edək ki, avtomobil elanlarının sayına görə Sumqayıtdan sonra Gəncə üçüncü sırada qərarlaşıb. Mənbə: Yeniavaz.com.
Bu gün, 13:21
6