
Xəzər dənizinin sahilində yerləşən Novxanı qəsəbəsindəki “Sarı Qaya” ərazisi təhlükəli çimərlik zonaları siyahısına daxil edilib.
Sumqayit.tv xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmisi məlumat verib.
Bildirilib ki, aparılan monitorinqlər nəticəsində Xəzər sahilində bəzi ərazilərdə güclü sualtı axınlar, mürəkkəb relyef, dərin çuxurlar və yarğanların olduğu müəyyən edilib.
FHN vətəndaşlara qeyri-çimərlik ərazilərində, xüsusilə küləkli və dalğalı hava şəraitində dənizə girməməyə çağırıb.
Təhlükəli ərazilər sırasında Novxanı qəsəbəsində yerləşən “Sarı Qaya” ilə yanaşı, Mərdəkan, Şüvəlan, Bilgəh, Nardaran və Sahil qəsəbəsindəki bəzi sahələr də göstərilib.
Qurum yalnız xilasedicilərin fəaliyyət göstərdiyi rəsmi çimərliklərdən istifadə etməyi tövsiyə edib.
Bu gün, 10:00
10