
Saray və Ceyranbatan qəsəbələri, eləcə də Corat bağ massivinin bəzi ərazilərində içməli suyun verilişində müvəqqəti fasilə yaranacaq.
Sumqayit.tv xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.
Bildirilib ki, fasilə istismar müddəti başa çatmış qəzalı su xəttinin bir hissəsinin yenisi ilə əvəz olunması işləri ilə əlaqədardır.
Məlumata görə, işlərə bu gün səhər saatlarından başlanılıb və su təchizatının iyulun 30-u günorta saatlarınadək bərpa olunacağı gözlənilir.
Sakinlərə zəruri ehtiyat su toplamaq tövsiyə olunur.
Bu gün, 12:09
7