
Sumqayıt şəhərinin bir hissəsində planlı təmir işləri ilə əlaqədar qaz təchizatı müvəqqəti dayandırılacaq.
Sumqayit.tv xəbər verir ki, bu barədə Sumqayıt Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar 28 iyul 2026-cı il saat 10:00-dan işlər başa çatanadək Yaşıldərə yaşayış massivinin 1-ci məhəlləsində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Qazın təmir işləri yekunlaşdıqdan sonra mərhələli şəkildə bərpa ediləcəyi gözlənilir.
Bu gün, 19:41
8