
Abşeron çimərliklərində iyulun 25-nə gözlənilən hava şəraiti açıqlanıb.
Sumqayit.tv xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Məlumata görə, gün ərzində şimal-şərq küləyi əsəcək, gündüz saatlarından etibarən isə küləyin istiqaməti cənub-şərqə dəyişəcək.
Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zuğulba çimərliklərində 27-28 dərəcə isti olacaq.
Cənub çimərliklərində – Türkan, Hövsan, Sahil və Şıx ərazilərində isə dəniz suyunun temperaturunun 28-29 dərəcə isti olacağı proqnozlaşdırılır.
Bu gün, 10:46
6