
Sumqayıtda kişi meyiti aşkarlanıb.
Sumqayit.tv Lent.az-a istinadən xəbər verir ki, hadisə şəhərin Qurd dərəsi bağları ərazisində qeydə alınıb.
1965-ci il təvəllüdlü Namiq Tofiq oğlu Abbasovun meyiti yaşadığı evdə aşkar edilib. İlkin məlumata görə, meyitin üzərində hər hansı zorakılıq əlaməti aşkar olunmayıb.
Faktla bağlı araşdırma Sumqayıt Şəhər Prokurorluğu tərəfindən aparılır.
23-07-2026, 11:00
62