
Beynəlxalq əmtəə bazarında qızılın qiyməti yenidən yüksələrək mühüm psixoloji həddi aşıb.
Sumqayit.tv xəbər verir ki, "Comex" birjasında 2026-cı ilin avqust ayına çatdırılma ilə qızıl füçerslərinin qiyməti iyulun 14-dən bəri ilk dəfə bir trua unsiyası üçün 4 100 ABŞ dollarını keçib.
Bakı vaxtı ilə saat 04:17-yə olan məlumata əsasən, qızılın dəyəri 2,17 faiz artaraq 4 102,9 dollar olub. Daha sonra artım tempi nisbətən zəifləyib və saat 04:50-də qiymət 4 101,9 dollar (+2,14%) səviyyəsində qərarlaşıb.
Eyni zamanda, "Comex" birjasında 2026-cı ilin sentyabr ayına tədarük ediləcək gümüş füçerslərinin qiyməti də iyulun 14-dən sonra ilk dəfə bir trua unsiyası üçün 60 dolları ötüb.
Saat 05:16-ya olan göstəricilərə əsasən, gümüşün qiyməti 5,5 faiz artaraq 60,21 dollar təşkil edib.
Bu gün, 13:18
10