
Sumqayit.tv xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti iyulun 24-də Abşeron çimərliklərində müşahidə olunacaq hava şəraiti ilə bağlı məlumat yayıb.
Məlumata görə, gün ərzində cənub-şərq küləyi əsəcək.
Dəniz suyunun temperaturu şimal çimərliklərində 26-27 dərəcə isti təşkil edəcək. Bu göstərici Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zuğulba çimərliklərini əhatə edir.
Cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil və Şıx) dəniz suyunun temperaturunun 27-28 dərəcə isti olacağı proqnozlaşdırılır.
Mütəxəssislər çimərliyə üz tutacaq vətəndaşlara hava şəraitini nəzərə almağı və təhlükəsizlik qaydalarına əməl etməyi tövsiyə edirlər.
Bu gün, 13:01
3