FHN-dən xəbərdarlıq: Havanın temperaturu 41 dərəcəyə çatacaq

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, qarşıdan gələn şənbə və bazar günlərində ölkə ərazisində havanın temperaturunun yüksələcəyi, bəzi yerlərdə 41 dərəcəyə çatacağı gözlənilir.

Sumqayit.tv xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə müraciət ünvanlayıb.

Nazirlik bildirib ki, yüksək temperatur müxtəlif ərazilərdə, xüsusilə açıq sahələrdə və meşə massivlərində yanğın riskini artırır. Bundan əlavə, isti hava şəraiti səbəbindən kondisioner və digər məişət cihazlarından istifadənin artması elektrik naqillərinin həddindən artıq yüklənməsinə və qısaqapanma hallarına səbəb ola bilər.

Bununla əlaqədar FHN vətəndaşları yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırıb.

Bildirilib ki, evlərdə və iş yerlərində elektrik şəbəkəsi həddindən artıq yüklənməməli, elektrik qurğularının texniki vəziyyəti mütəmadi yoxlanılmalıdır. Həmçinin əkin sahələrində, ot tayalarının toplandığı yerlərdə və onların yaxınlığında açıq oddan istifadə edilməməli, fərdi yaşayış evlərinin və təsərrüfat sahələrinin həyətləri quru ot və tullantılardan mütəmadi təmizlənməlidir.

Nazirlik xatırladıb ki, tam söndürülməmiş siqaret kötüklərinin, kibrit çöpünün və digər yanıcı materialların ətrafa atılması yanğın təhlükəsi yaradır.

FHN meşəlik ərazilərdə istirahət edən vətəndaşlara da müraciət edərək, ocağın yalnız xüsusi ayrılmış yerlərdə qalanmasını, nəzarətsiz buraxılmamasını və ərazi tərk edilərkən tam söndürülməsini tövsiyə edib. Küləkli havada isə ocaq qalamaq qadağandır.

Nazirlik vətəndaşları yüksək temperaturun yaratdığı riskləri nəzərə alaraq daha diqqətli olmağa çağırıb.


24-07-2026, 12:30 59

Digər xəbərlər

Sumqayıtda 13 tibb işçisi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılıb-VİDEO

İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu-FOTO

Emin Ağalarov “Sea Breeze”dəki faciə ilə bağlı AÇIQLAMA VERDİ-FOTO

Sumqayıtın öz nəqliyyat kartı olacaq? – AYNA-dan AÇIQLAMA

Sumqayıtda ağacların qanunsuz kəsilməsi nəticəsində 71 min manatdan çox ziyan vurulub

33 nömrəli avtobusla bağlı sakinlərin narazılığı artır: “Uzun müddət gözləyirik"

Sumqayıt Tibb Mərkəzində qalmaqal - 13 əməkdaş qanunsuz olaraq işdən çıxarılıb?

Sumqayıt Ağsaqqallar Şurasında qarşıda duran vəzifələr müzakirə olunub -FOTO

Sumqayıt sakinlərinə ŞAD XƏBƏR – Xırdalan qatarı yenidən işləyəcək-VİDEO

Sumqayıtda kafe tamamilə yanıb

Sumqayıtda ağacların qanunsuz kəsilməsi ilə bağlı araşdırma aparılır – 71 940 manatlıq ziyan

Sumqayıtda 1 nömrəli Şəhər Xəstəxanasına yeni rəhbər təyin olunub-FOTO/VİDEO

Novxanıda kirayədə yaşayan kişinin meyiti tapıldı

AQTA-dan bitki yağları ilə bağlı XƏBƏRDARLIQ: Bəzi məhsullarda təhlükəli maddə aşkarlanıb

Bakı metrosunda hərəkət dəyişir: Sumqayıtdan Bakıya gedənlərin DİQQƏTİNƏ

Kamran Əsədov məhkəmədə cinayət işinə xitam verilməsini istədi

Sumqayıtda avqust ayının pensiyaları ÖDƏNİLDİ

Sumqayıtda 27,5 milyon manatlıq layihə: 100-dən çox yeni iş yeri yaradılacaq

Novxanıda üç avtomobil toqquşdu – Xəsarət alanlar var

Sumqayıt yolunda yanğın təhlükəsi yaradan quru ot və zibillər təmizləndi

1 2 3 4 5 6 7 8 9 10 ... 1098
Dünən, 21:24
Dünən, 20:31
Dünən, 16:03
Dünən, 13:03
Dünən, 11:18
14-08-2026, 22:10
14-08-2026, 21:37
14-08-2026, 20:04
14-08-2026, 18:06
14-08-2026, 18:00
14-08-2026, 17:53
14-08-2026, 16:42
14-08-2026, 15:27
14-08-2026, 13:45
14-08-2026, 13:44
14-08-2026, 13:29
14-08-2026, 12:37
14-08-2026, 12:25
14-08-2026, 12:08
14-08-2026, 11:52
14-08-2026, 10:35
14-08-2026, 09:10
13-08-2026, 20:46
13-08-2026, 17:24
13-08-2026, 16:00
13-08-2026, 13:43
13-08-2026, 12:39
13-08-2026, 12:07
13-08-2026, 11:04
13-08-2026, 10:45
12-08-2026, 20:02
12-08-2026, 17:45
12-08-2026, 16:16
12-08-2026, 15:25
12-08-2026, 15:23
12-08-2026, 14:05
12-08-2026, 13:12
12-08-2026, 12:34
12-08-2026, 12:19
12-08-2026, 12:16
1 2 3 4 5 6 7 8 9 10 ... 1098