
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə zəng edib.
Sumqayit.tv Azərtac-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Dövlətimizin başçısı Şavkat Mirziyoyevi doğum günü münasibətilə ürəkdən təbrik edib, ona uzun ömür, möhkəm cansağlığı, qardaş Özbəkistan xalqının firavanlığı naminə həyata keçirdiyi ali dövləti fəaliyyətində yeni uğurlar və nailiyyətlər arzulayıb.
Prezident Şavkat Mirziyoyev səmimi təbrikə və xoş sözlərə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirərək, Azərbaycan xalqına firavanlıq və rifah arzulayıb.
Telefon danışığı zamanı Azərbaycan ilə Özbəkistan arasında strateji müttəfiqlik münasibətlərinin əhəmiyyətinə toxunulub, iki ölkə arasında əlaqələrin bütün sahələrdə uğurla inkişaf etməsindən məmnunluq ifadə olunub.
Dövlət başçıları gələcək təmaslarla bağlı razılıqlarını ifadə edib, qarşılıqlı maraq doğuran məsələlər və ikitərəfli münasibətlərin perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.
Bu gün, 12:26
6