Corat çimərliyində xilasetmə təlimi keçirildi

Sumqayıt şəhəri Corat qəsəbəsinin Xəzər dənizi sahilində "Su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması" mövzusunda praktiki təlim keçirilib.

Sumqayit.tv xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən təşkil olunan təlimin məqsədi xilasedicilərin suda boğulma halları zamanı xilasetmə əməliyyatlarının aparılması və zərərçəkənlərə ilkin tibbi yardım göstərilməsi üzrə praktiki bacarıqlarının təkmilləşdirilməsi olub.

Təlimdə Sumqayıt Regional Mərkəzinin, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin, eləcə də Sumqayıt Şəhər Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları iştirak ediblər.

Ssenariyə əsasən, şərti sudaboğulma hadisəsi zamanı xilasedicilər "zərərçəkmişləri" sudan çıxararaq onlara ilkin yardım göstərib, daha sonra aidiyyəti üzrə təhvil veriblər.

Təlimin sonunda görülən işlər təhlil olunub, iştirakçılara fəaliyyətin daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.


Bu gün, 15:48 6
Bu gün, 16:36
Bu gün, 15:48
Bu gün, 15:20
Bu gün, 14:34
Bu gün, 13:44
Bu gün, 13:17
Bu gün, 13:13
Bu gün, 13:01
Bu gün, 12:41
Bu gün, 12:20
Bu gün, 12:18
Bu gün, 12:17
Bu gün, 11:00
Dünən, 22:37
Dünən, 17:11
Dünən, 17:08
Dünən, 15:46
Dünən, 14:12
Dünən, 13:27
Dünən, 13:18
Dünən, 12:31
Dünən, 11:13
Dünən, 11:11
Dünən, 11:09
Dünən, 10:17
Dünən, 10:15
Dünən, 10:00
Dünən, 07:49
Dünən, 00:45
21-07-2026, 20:50
21-07-2026, 17:00
21-07-2026, 16:49
21-07-2026, 16:47
21-07-2026, 16:00
21-07-2026, 15:01
21-07-2026, 14:56
21-07-2026, 14:44
21-07-2026, 14:36
21-07-2026, 14:34
21-07-2026, 14:31
1 2 3 4 5 6 7 8 9 10 ... 1086