Sumqayıtda sakinlər yolların bərbad vəziyyətindən şikayətçidir

Sumqayıt şəhərinin "Asfalt zavod" adlanan ərazisində yaşayan sakinlər yolların yararsız vəziyyətdə olmasından və küçə işıqlandırmasının olmamasından narazıdırlar.

Sumqayit.tv Baku.tv-ə istinadən xəbər verir ki, sakinlərin sözlərinə görə, ərazidə yol və işıqlandırma problemi uzun illərdir həllini tapmır. Onlar bu məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, indiyədək nəticə əldə olunmadığını bildirirlər.

Sakinlərdən birinin sözlərinə görə, 2013-cü ildən həmin ərazidə yaşamasına baxmayaraq, bu müddət ərzində problemlə maraqlanan olmayıb. Qeyd olunur ki, qəbiristanlığın yaxınlığında yerləşən ərazidə nə küçə işıqları var, nə də normal yol infrastrukturu.

Bildirilib ki, yolun bəzi hissələri sakinlərin şəxsi vəsaiti hesabına təmir edilib. Yağışlı günlərdə isə yollar palçığa çevrilir, bu da xüsusilə məktəblilərin hərəkətini çətinləşdirir.

Sakinlər həmçinin qeyd edirlər ki, yolun bərbad vəziyyəti səbəbindən təcili tibbi yardım avtomobillərinin əraziyə vaxtında çatmasında da çətinliklər yaranır.

Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyi açıqlanmayıb.

Ətraflı Baku.tv-nin sujetində:


23-07-2026, 16:36 77

Digər xəbərlər

Sumqayıtda 13 tibb işçisi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılıb-VİDEO

İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu-FOTO

Emin Ağalarov “Sea Breeze”dəki faciə ilə bağlı AÇIQLAMA VERDİ-FOTO

Sumqayıtın öz nəqliyyat kartı olacaq? – AYNA-dan AÇIQLAMA

Sumqayıtda ağacların qanunsuz kəsilməsi nəticəsində 71 min manatdan çox ziyan vurulub

33 nömrəli avtobusla bağlı sakinlərin narazılığı artır: “Uzun müddət gözləyirik"

Sumqayıt Tibb Mərkəzində qalmaqal - 13 əməkdaş qanunsuz olaraq işdən çıxarılıb?

Sumqayıt Ağsaqqallar Şurasında qarşıda duran vəzifələr müzakirə olunub -FOTO

Sumqayıt sakinlərinə ŞAD XƏBƏR – Xırdalan qatarı yenidən işləyəcək-VİDEO

Sumqayıtda kafe tamamilə yanıb

Sumqayıtda ağacların qanunsuz kəsilməsi ilə bağlı araşdırma aparılır – 71 940 manatlıq ziyan

Sumqayıtda 1 nömrəli Şəhər Xəstəxanasına yeni rəhbər təyin olunub-FOTO/VİDEO

Novxanıda kirayədə yaşayan kişinin meyiti tapıldı

AQTA-dan bitki yağları ilə bağlı XƏBƏRDARLIQ: Bəzi məhsullarda təhlükəli maddə aşkarlanıb

Bakı metrosunda hərəkət dəyişir: Sumqayıtdan Bakıya gedənlərin DİQQƏTİNƏ

Kamran Əsədov məhkəmədə cinayət işinə xitam verilməsini istədi

Sumqayıtda avqust ayının pensiyaları ÖDƏNİLDİ

Sumqayıtda 27,5 milyon manatlıq layihə: 100-dən çox yeni iş yeri yaradılacaq

Novxanıda üç avtomobil toqquşdu – Xəsarət alanlar var

Sumqayıt yolunda yanğın təhlükəsi yaradan quru ot və zibillər təmizləndi

1 2 3 4 5 6 7 8 9 10 ... 1098
Dünən, 21:24
Dünən, 20:31
Dünən, 16:03
Dünən, 13:03
Dünən, 11:18
14-08-2026, 22:10
14-08-2026, 21:37
14-08-2026, 20:04
14-08-2026, 18:06
14-08-2026, 18:00
14-08-2026, 17:53
14-08-2026, 16:42
14-08-2026, 15:27
14-08-2026, 13:45
14-08-2026, 13:44
14-08-2026, 13:29
14-08-2026, 12:37
14-08-2026, 12:25
14-08-2026, 12:08
14-08-2026, 11:52
14-08-2026, 10:35
14-08-2026, 09:10
13-08-2026, 20:46
13-08-2026, 17:24
13-08-2026, 16:00
13-08-2026, 13:43
13-08-2026, 12:39
13-08-2026, 12:07
13-08-2026, 11:04
13-08-2026, 10:45
12-08-2026, 20:02
12-08-2026, 17:45
12-08-2026, 16:16
12-08-2026, 15:25
12-08-2026, 15:23
12-08-2026, 14:05
12-08-2026, 13:12
12-08-2026, 12:34
12-08-2026, 12:19
12-08-2026, 12:16
1 2 3 4 5 6 7 8 9 10 ... 1098