Müəllimi güllələməkdə təqsirləndirilən yeniyetmənin məhkəməsi qismən qapalı olacaq

"İdrak" liseyində müəllimi güllələməkdə təqsirləndirilən yeniyetmənin cinayət işi üzrə məhkəmə prosesinin qismən qapalı keçirilməsi barədə qərar qəbul edilib.

Sumqayit.tv Report.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən iclasda həm zərərçəkən tərəfin, həm də müdafiə tərəfinin vəsatəti təmin olunub.

Zərərçəkən tərəf vəsatətini sosial şəbəkələrdə yayılan mənfi rəylərlə əsaslandırıb. Təqsirləndirilən şəxsin vəkili Rəşad Mirmehdizadə isə prosesdə azyaşlı şahidlərin ifadə verəcəyini, həmçinin xəbərlərin yayılmasından sonra təqsirləndirilən şəxs və ailəsi haqqında təhqiramiz rəylərin yazıldığını bildirib.

Məhkəmə qərarında qeyd olunub ki, ədalət mühakiməsinin normal aparılması və iştirakçıların sərbəst ifadə verməsinin təmin edilməsi məqsədilə proses qismən qapalı keçiriləcək. Hazırda qapalı iclasda tərəflərin dindirilməsi davam edir.

Qeyd edək ki, təqsirləndirilən yeniyetmənin atası Samir Şirinov əvvəllər Sumqayıt Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Birliyində rəis müavini vəzifəsində çalışıb.


Bu gün, 11:37 4
Bu gün, 12:30
Bu gün, 12:26
Bu gün, 12:20
Bu gün, 11:40
Bu gün, 11:37
Bu gün, 11:31
Bu gün, 11:00
Dünən, 20:21
Dünən, 16:36
Dünən, 15:48
Dünən, 15:20
Dünən, 14:34
Dünən, 13:44
Dünən, 13:17
Dünən, 13:13
Dünən, 13:01
Dünən, 12:41
Dünən, 12:20
Dünən, 12:18
Dünən, 12:17
Dünən, 11:00
22-07-2026, 22:37
22-07-2026, 17:11
22-07-2026, 17:08
22-07-2026, 15:46
22-07-2026, 14:12
22-07-2026, 13:27
22-07-2026, 13:18
22-07-2026, 12:31
22-07-2026, 11:13
22-07-2026, 11:11
22-07-2026, 11:09
22-07-2026, 10:17
22-07-2026, 10:15
22-07-2026, 10:00
22-07-2026, 07:49
22-07-2026, 00:45
21-07-2026, 20:50
21-07-2026, 17:00
21-07-2026, 16:49
1 2 3 4 5 6 7 8 9 10 ... 1086