Ölkə birinciləri SDU-da – Rektor sumqayıtlı gəncləri təbrik etdi-FOTO

Sumqayıt Dövlət Universitetinin rektoru, texnika elmləri doktoru, professor Nurəli Yusifbəyli qəbul imtahanlarında II və III ixtisas qrupları üzrə ölkə üzrə ən yüksək nəticə göstərən sumqayıtlı abituriyentlərlə görüşüb.

Sumqayit.tv xəbər verir ki, rektor gəncləri təbrik edərək onların uğurunu Azərbaycanın təhsil sisteminin inkişafının, eləcə də bilik, zəhmət və əzmkarlığın bariz nümunəsi kimi qiymətləndirib.

Nurəli Yusifbəyli bildirib ki, ali təhsilin əsas məqsədi yalnız diplom qazanmaq deyil, peşəkar bacarıqlara malik, yüksək mənəvi keyfiyyətlərə sahib və cəmiyyət qarşısında məsuliyyətini dərk edən vətəndaş yetişdirməkdir. O, müasir əmək bazarında nəzəri biliklərlə yanaşı liderlik, təşəbbüskarlıq, ünsiyyət və komanda ilə işləmək bacarıqlarının da mühüm rol oynadığını vurğulayıb.

Görüşdə yüksək nəticələrin əldə olunmasında əməyi olan müəllimlərə və valideynlərə də təşəkkür edilib.

Qeyd edək ki, bu il Sumqayıt şəhəri və Saray qəsəbəsindən olan abituriyentlər qəbul imtahanlarında ölkə üzrə ən yüksək nəticə göstərənlər sırasında yer alıblar.

Belə ki, Sumqayıt şəhər 35 nömrəli tam orta məktəbin məzunu Zamin Kərimov II ixtisas qrupu üzrə 690 bal toplayaraq ölkə birincisi olub.

III ixtisas qrupu üzrə isə Sumqayıt şəhəri Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunu Əli Məmmədzadə qəbul imtahanının ikinci mərhələsində maksimum 400 bal, ümumilikdə isə 689,6 bal toplayaraq ən yüksək nəticəni göstərib. Saray qəsəbə 1 nömrəli tam orta məktəbin məzunu Orxan Mənsimli də ikinci mərhələdə 400 bal toplayaraq yüksək nəticə göstərən abituriyentlər sırasında yer alıb.

 

 

 

 


25-07-2026, 10:50 61

Digər xəbərlər

Sumqayıtda 13 tibb işçisi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılıb-VİDEO

İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu-FOTO

Emin Ağalarov “Sea Breeze”dəki faciə ilə bağlı AÇIQLAMA VERDİ-FOTO

Sumqayıtın öz nəqliyyat kartı olacaq? – AYNA-dan AÇIQLAMA

Sumqayıtda ağacların qanunsuz kəsilməsi nəticəsində 71 min manatdan çox ziyan vurulub

33 nömrəli avtobusla bağlı sakinlərin narazılığı artır: “Uzun müddət gözləyirik"

Sumqayıt Tibb Mərkəzində qalmaqal - 13 əməkdaş qanunsuz olaraq işdən çıxarılıb?

Sumqayıt Ağsaqqallar Şurasında qarşıda duran vəzifələr müzakirə olunub -FOTO

Sumqayıt sakinlərinə ŞAD XƏBƏR – Xırdalan qatarı yenidən işləyəcək-VİDEO

Sumqayıtda kafe tamamilə yanıb

Sumqayıtda ağacların qanunsuz kəsilməsi ilə bağlı araşdırma aparılır – 71 940 manatlıq ziyan

Sumqayıtda 1 nömrəli Şəhər Xəstəxanasına yeni rəhbər təyin olunub-FOTO/VİDEO

Novxanıda kirayədə yaşayan kişinin meyiti tapıldı

AQTA-dan bitki yağları ilə bağlı XƏBƏRDARLIQ: Bəzi məhsullarda təhlükəli maddə aşkarlanıb

Bakı metrosunda hərəkət dəyişir: Sumqayıtdan Bakıya gedənlərin DİQQƏTİNƏ

Kamran Əsədov məhkəmədə cinayət işinə xitam verilməsini istədi

Sumqayıtda avqust ayının pensiyaları ÖDƏNİLDİ

Sumqayıtda 27,5 milyon manatlıq layihə: 100-dən çox yeni iş yeri yaradılacaq

Novxanıda üç avtomobil toqquşdu – Xəsarət alanlar var

Sumqayıt yolunda yanğın təhlükəsi yaradan quru ot və zibillər təmizləndi

1 2 3 4 5 6 7 8 9 10 ... 1098
Dünən, 21:24
Dünən, 20:31
Dünən, 16:03
Dünən, 13:03
Dünən, 11:18
14-08-2026, 22:10
14-08-2026, 21:37
14-08-2026, 20:04
14-08-2026, 18:06
14-08-2026, 18:00
14-08-2026, 17:53
14-08-2026, 16:42
14-08-2026, 15:27
14-08-2026, 13:45
14-08-2026, 13:44
14-08-2026, 13:29
14-08-2026, 12:37
14-08-2026, 12:25
14-08-2026, 12:08
14-08-2026, 11:52
14-08-2026, 10:35
14-08-2026, 09:10
13-08-2026, 20:46
13-08-2026, 17:24
13-08-2026, 16:00
13-08-2026, 13:43
13-08-2026, 12:39
13-08-2026, 12:07
13-08-2026, 11:04
13-08-2026, 10:45
12-08-2026, 20:02
12-08-2026, 17:45
12-08-2026, 16:16
12-08-2026, 15:25
12-08-2026, 15:23
12-08-2026, 14:05
12-08-2026, 13:12
12-08-2026, 12:34
12-08-2026, 12:19
12-08-2026, 12:16
1 2 3 4 5 6 7 8 9 10 ... 1098