Sumqayıtda yanğın həyəcanı: "Kimyaçı" sarayında təxliyə həyata keçirildi

Sumqayıtda yerləşən "Kimyaçı" Mədəniyyət Sarayında yanğın həyəcanı siqnalı verilib, binada olan şəxslər təxliyə olunub.

Sumqayit.tv xəbər verir ki, bu, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən təşkil olunan yanğın-taktiki təlim çərçivəsində həyata keçirilib.

Təlim ssenarisinə əsasən, "Həyəcan" siqnalı verildikdən dərhal sonra yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunaraq şərti yanğının söndürülməsinə başlayıblar. Eyni zamanda, təxliyə planına uyğun olaraq binadakı əməkdaşlar təhlükəsiz əraziyə çıxarılıb, şərti xəsarət alan şəxslərə isə ilkin tibbi yardım göstərilib.

Təlimin nəzəri hissəsində mədəniyyət sarayının əməkdaşlarına yanğın və digər fövqəladə hallar zamanı düzgün davranış qaydaları, təxliyənin təşkili və təhlükəsizlik tədbirləri barədə ətraflı məlumat verilib.

Təlim uğurla yekunlaşıb. Sonda keçirilən müzakirələr zamanı nəticələr qiymətləndirilib, mövcud hazırlıq səviyyəsi nəzərdən keçirilib və gələcək fəaliyyətlə bağlı müvafiq tapşırıqlar verilib.


Bu gün, 14:19 38
Bu gün, 14:43
Bu gün, 14:34
Bu gün, 14:33
Bu gün, 14:19
Bu gün, 13:25
Bu gün, 12:34
Bu gün, 12:30
Bu gün, 12:26
Bu gün, 12:20
Bu gün, 11:40
Bu gün, 11:37
Bu gün, 11:31
Bu gün, 11:00
Dünən, 20:21
Dünən, 16:36
Dünən, 15:48
Dünən, 15:20
Dünən, 14:34
Dünən, 13:44
Dünən, 13:17
Dünən, 13:13
Dünən, 13:01
Dünən, 12:41
Dünən, 12:20
Dünən, 12:18
Dünən, 12:17
Dünən, 11:00
22-07-2026, 22:37
22-07-2026, 17:11
22-07-2026, 17:08
22-07-2026, 15:46
22-07-2026, 14:12
22-07-2026, 13:27
22-07-2026, 13:18
22-07-2026, 12:31
22-07-2026, 11:13
22-07-2026, 11:11
22-07-2026, 11:09
22-07-2026, 10:17
22-07-2026, 10:15
1 2 3 4 5 6 7 8 9 10 ... 1087