Sumqayıtda həlak olan hakimin ailəsinə təzminat ödəniləcək

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Aynur Rzayevanın həlak olduğu avtomobil qəzası ilə bağlı məhkəmə prosesi başa çatıb.

Sumqayit.tv Xitab24.az-a istinadən xəbər verir ki, qəzanı törətməkdə təqsirləndirilən Nuran Abdurahmanov 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə prosesində Aynur Rzayevanın hüquqi varisi olan anası təqsirləndirilən şəxsi bağışlamayıb. O, qızının Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi olduğunu və ağır kateqoriyalı cinayət işlərinə baxdığını bildirərək hadisənin onun fəaliyyəti ilə əlaqəli ola bilməsi ehtimalının araşdırılmadığını qeyd edib.

Bundan başqa, hüquqi varis təqsirləndirilən şəxsdən 1 milyon manat təzminat tələb edib. Tələbin 30 min manatı avtomobilə dəyən ziyana, 700 min manatı mərhum hakimin övladlarının gələcək təminatına, 270 min manatı isə mənəvi zərərə görə olub.

Məhkəmə 700 min manatlıq maddi zərərin ödənilməsi ilə bağlı tələbi təmin etməyib. Mənəvi zərərə görə isə 20 min manat, avtomobilə dəymiş ziyana görə 1 701 manat təzminat müəyyənləşdirilib.

Beləliklə, təqsirləndirilən şəxs ümumilikdə 21 701 manat ödəməli olacaq.

Qeyd edək ki, hadisə ötən ilin dekabrında Sumqayıt–Pirşağı avtomobil yolunda baş verib. Nuran Abdurahmanovun idarə etdiyi "Samand Soren" markalı avtomobil hakim Aynur Rzayevanın sərnişin olduğu "Nissan Sunny" ilə toqquşub. Qəza nəticəsində hakim həyatını itirib, onun sürücüsü isə ağır yaralanıb.

Aynur Rzayeva şəhid övladı olub. Onun atası Tapdıq Rzayev Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı Kərkicahanda şəhid olub.


25-07-2026, 14:47 162

Digər xəbərlər

Sumqayıtda 13 tibb işçisi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılıb-VİDEO

İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu-FOTO

Emin Ağalarov “Sea Breeze”dəki faciə ilə bağlı AÇIQLAMA VERDİ-FOTO

Sumqayıtın öz nəqliyyat kartı olacaq? – AYNA-dan AÇIQLAMA

Sumqayıtda ağacların qanunsuz kəsilməsi nəticəsində 71 min manatdan çox ziyan vurulub

33 nömrəli avtobusla bağlı sakinlərin narazılığı artır: “Uzun müddət gözləyirik"

Sumqayıt Tibb Mərkəzində qalmaqal - 13 əməkdaş qanunsuz olaraq işdən çıxarılıb?

Sumqayıt Ağsaqqallar Şurasında qarşıda duran vəzifələr müzakirə olunub -FOTO

Sumqayıt sakinlərinə ŞAD XƏBƏR – Xırdalan qatarı yenidən işləyəcək-VİDEO

Sumqayıtda kafe tamamilə yanıb

Sumqayıtda ağacların qanunsuz kəsilməsi ilə bağlı araşdırma aparılır – 71 940 manatlıq ziyan

Sumqayıtda 1 nömrəli Şəhər Xəstəxanasına yeni rəhbər təyin olunub-FOTO/VİDEO

Novxanıda kirayədə yaşayan kişinin meyiti tapıldı

AQTA-dan bitki yağları ilə bağlı XƏBƏRDARLIQ: Bəzi məhsullarda təhlükəli maddə aşkarlanıb

Bakı metrosunda hərəkət dəyişir: Sumqayıtdan Bakıya gedənlərin DİQQƏTİNƏ

Kamran Əsədov məhkəmədə cinayət işinə xitam verilməsini istədi

Sumqayıtda avqust ayının pensiyaları ÖDƏNİLDİ

Sumqayıtda 27,5 milyon manatlıq layihə: 100-dən çox yeni iş yeri yaradılacaq

Novxanıda üç avtomobil toqquşdu – Xəsarət alanlar var

Sumqayıt yolunda yanğın təhlükəsi yaradan quru ot və zibillər təmizləndi

1 2 3 4 5 6 7 8 9 10 ... 1098
Dünən, 21:24
Dünən, 20:31
Dünən, 16:03
Dünən, 13:03
Dünən, 11:18
14-08-2026, 22:10
14-08-2026, 21:37
14-08-2026, 20:04
14-08-2026, 18:06
14-08-2026, 18:00
14-08-2026, 17:53
14-08-2026, 16:42
14-08-2026, 15:27
14-08-2026, 13:45
14-08-2026, 13:44
14-08-2026, 13:29
14-08-2026, 12:37
14-08-2026, 12:25
14-08-2026, 12:08
14-08-2026, 11:52
14-08-2026, 10:35
14-08-2026, 09:10
13-08-2026, 20:46
13-08-2026, 17:24
13-08-2026, 16:00
13-08-2026, 13:43
13-08-2026, 12:39
13-08-2026, 12:07
13-08-2026, 11:04
13-08-2026, 10:45
12-08-2026, 20:02
12-08-2026, 17:45
12-08-2026, 16:16
12-08-2026, 15:25
12-08-2026, 15:23
12-08-2026, 14:05
12-08-2026, 13:12
12-08-2026, 12:34
12-08-2026, 12:19
12-08-2026, 12:16
1 2 3 4 5 6 7 8 9 10 ... 1098