
Azərbaycanın ümumtəhsil məktəblərində yüksəksürətli internet infrastrukturunun qurulması istiqamətində yeni layihəyə start verilib.
Sumqayit.tv xəbər verir ki, layihə çərçivəsində məktəblərin fiber-optik kabellə internetə və daxili şəbəkəyə qoşulması, həmçinin şagirdlərin distant təhsil imkanlarının genişləndirilməsi nəzərdə tutulur.
Bununla bağlı Elm və Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi ilə "Texno Lyuks M" MMC arasında müqavilə imzalanıb.
Müqaviləyə əsasən, layihənin icrası üçün 7 milyon 998 min manat vəsait ayrılıb.
Mənbə: Oxu.Az
Bu gün, 17:27
15