Sumqayıtda 67 yaşlı qadını öldürən şəxslə bağlı Ali Məhkəmədə qərar gözlənilir

Sumqayıtda 67 yaşlı qadının qətlə yetirilməsi ilə bağlı məhkum olunmuş Mikayıl Şərifovun kassasiya şikayətinə baxılacaq.

Sumqayit.tv xəbər verir ki, Ali Məhkəmədə iş üzrə məhkəmə iclası iyulun 31-də keçiriləcək. Prosesə hakim İlkin Rəcəbov sədrlik edəcək.

İttihama əsasən, hadisə 5 yanvar 2025-ci il tarixində Sumqayıtın Xəzər bağları yaşayış massivində baş verib. Mikayıl Şərifov əvvəllər tanıdığı 1958-ci il təvəllüdlü Mehparə Ələkbərova ilə toyuqların zəhərlənməsi üstündə yaranan mübahisə zamanı kərki tipli məişət aləti ilə qadına çoxsaylı zərbələr endirib. Ağır xəsarətlər alan qadın 8 yanvar 2025-ci ildə xəstəxanada vəfat edib.

Təqsirləndirilən şəxs məhkəmədə ifadəsində hadisənin əvvəlcədən planlaşdırılmadığını, özünü müdafiə etdiyini və qadını öldürmək niyyətinin olmadığını bildirib. O, hadisədən sonra polisə özü məlumat verdiyini və həmin gün spirtli içki qəbul etdiyini də etiraf edib.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mikayıl Şərifov 18 il müddətinə azadlıqdan məhrum edilib.

Mənbə: Pravda.az


28-07-2026, 09:54 56

Digər xəbərlər

33 nömrəli avtobusla bağlı sakinlərin narazılığı artır: “Uzun müddət gözləyirik"

Sumqayıt Tibb Mərkəzində qalmaqal - 13 əməkdaş qanunsuz olaraq işdən çıxarılıb

Sumqayıt Ağsaqqallar Şurasında qarşıda duran vəzifələr müzakirə olunub -FOTO

Sumqayıt sakinlərinə ŞAD XƏBƏR – Xırdalan qatarı yenidən işləyəcək-VİDEO

Sumqayıtda kafe tamamilə yanıb

Sumqayıtda ağacların qanunsuz kəsilməsi ilə bağlı araşdırma aparılır – 71 940 manatlıq ziyan

Sumqayıtda 1 nömrəli Şəhər Xəstəxanasına yeni rəhbər təyin olunub-FOTO/VİDEO

Novxanıda kirayədə yaşayan kişinin meyiti tapıldı

AQTA-dan bitki yağları ilə bağlı XƏBƏRDARLIQ: Bəzi məhsullarda təhlükəli maddə aşkarlanıb

Bakı metrosunda hərəkət dəyişir: Sumqayıtdan Bakıya gedənlərin DİQQƏTİNƏ

Kamran Əsədov məhkəmədə cinayət işinə xitam verilməsini istədi

Sumqayıtda avqust ayının pensiyaları ÖDƏNİLDİ

Sumqayıtda 27,5 milyon manatlıq layihə: 100-dən çox yeni iş yeri yaradılacaq

Novxanıda üç avtomobil toqquşdu – Xəsarət alanlar var

Sumqayıt yolunda yanğın təhlükəsi yaradan quru ot və zibillər təmizləndi

“Təmiz sahil, təmiz dəniz” – Coratda iməcilik keçirildi

Sumqayıtda zibil qutuları niyə azalıb? – Sakinləri düşündürən məsələ-FOTO

Sumqayıtın 5-ci mikrorayonundakı 8/2 yataqxanasında günorta saatlarında su gəlmir – Sakinlər iddia edir

Sabah Sumqayıtda 29 min abonentin qazı kəsiləcək

Sumqayıtda restorandan oğurluq edən və motosiklet qaçıran şəxslər saxlanıldı

1 2 3 4 5 6 7 8 9 10 ... 1098
Dünən, 22:10
Dünən, 21:37
Dünən, 20:04
Dünən, 18:06
Dünən, 18:00
Dünən, 17:53
Dünən, 16:42
Dünən, 15:27
Dünən, 13:45
Dünən, 13:44
Dünən, 13:29
Dünən, 12:37
Dünən, 12:25
Dünən, 12:08
Dünən, 11:52
Dünən, 10:35
Dünən, 09:10
13-08-2026, 20:46
13-08-2026, 17:24
13-08-2026, 16:00
13-08-2026, 13:43
13-08-2026, 12:39
13-08-2026, 12:07
13-08-2026, 11:04
13-08-2026, 10:45
13-08-2026, 10:23
12-08-2026, 20:02
12-08-2026, 17:45
12-08-2026, 16:16
12-08-2026, 15:25
12-08-2026, 15:23
12-08-2026, 14:05
12-08-2026, 13:12
12-08-2026, 12:34
12-08-2026, 12:19
12-08-2026, 12:16
12-08-2026, 12:11
12-08-2026, 10:00
12-08-2026, 01:54
11-08-2026, 20:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1098