
İyulun 28-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Sumqayit.tv xəbər verir ki, bu barədə Kremlin yaydığı məlumatda bildirilib.
Telefon danışığı zamanı liderlər ikitərəfli və beynəlxalq gündəlikdə yer alan aktual məsələləri müzakirə ediblər. Tərəflər Azərbaycan-Rusiya münasibətlərinin konstruktiv xarakter daşıdığını, hökumətlər və aidiyyəti qurumlar arasında fəal dialoqun davam etdiyini qeyd ediblər.
Söhbət zamanı iki ölkə arasında faydalı əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsində qarşılıqlı maraq ifadə olunub.
Bu gün, 13:07
12