
Saray və Ceyranbatan qəsəbələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Sumqayit.tv xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar iyulun 30-da saat 08:00-dan işlər başa çatanadək Saray və Ceyranbatan qəsəbələrinə təbii qazın verilişi dayandırılacaq.
Qurum abonentlərdən bunu nəzərə almalarını xahiş edib.
Bu gün, 17:33
10