
Bu gün səhər saatlarında Odessa limanı yaxınlığında "Albatros Corporation"a məxsus "ATA-2" (IMO 9387669) quru yük gəmisi dron hücumuna məruz qalıb.
Sumqayit.tv xəbər verir ki, bu barədə "Azərbaycan Dənizçilərinə Dəstək" İctimai Birliyinin sədri İlham Nəsirov məlumat yayıb.
Onun sözlərinə görə, gəmiyə üç dron zərbəsi endirilib və nəticədə gəmiyə ciddi ziyan dəyib. Hazırda gəmi Rumıniya sahilləri istiqamətində hərəkət edir.
Bildirilib ki, gəminin 13 nəfərlik heyət üzvündən 12-si Azərbaycan, 1-i isə Türkiyə vətəndaşıdır.
Hadisə nəticəsində xəsarət alanlarla bağlı hələlik rəsmi məlumat açıqlanmayıb.
Bu gün, 16:55
7