
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 30-da Qırğız Respublikasına dövlət səfərinə gəlib.
Sumqayit.tv xəbər verir ki, Çolpon-Ata şəhərində yerləşən İssık-Kul Beynəlxalq Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanı hava limanında Qırğız Respublikasının Prezidenti Sadır Japarov və birinci xanım Ayqul Japarova qarşılayıblar.
Səfər çərçivəsində iki ölkə arasında əməkdaşlığın inkişafına dair bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulur.
Bu gün, 17:35
12