
Sumqayit.tv xəbər verir ki, bu barədə Sumqayıt Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar 31 iyul 2026-cı il saat 10:00-dan işlər başa çatanadək şəhərin bir sıra ərazilərində qaz təchizatı dayandırılacaq.
Qaz kəsintisi 1, 2, 3, 4, 5, 7, 8, 12, 15, 16, 17, 18, 19, 20, 21 və 29-cu məhəllələri, 5 və 6-cı mikrorayonları, İnşaatçılar qəsəbəsini, eləcə də Betonzavod və Qızılqum ərazilərini əhatə edəcək.
Qurum abonentlərdən qaz təchizatının bərpasınadək təhlükəsizlik qaydalarına riayət etmələrini xahiş edib.
Bu gün, 18:30
12