"Bu, əvəzolunmaz hiss idi" – 700 bal toplayan Samir Tağızadə ilə müsahibə


2026-cı il qəbul imtahanlarında IV ixtisas qrupu üzrə maksimum – 700 bal toplayaraq böyük uğura imza atan TETG Sumqayıtın məzunu Samir Tağızadə zəhməti, düzgün planlaşdırılmış hazırlıq prosesi və məqsədyönlülüyü ilə seçilən abituriyentlərdəndir.

Sumqayit.tv xəbər verir ki, 0, müsahibəmizdə imtahana hazırlıq dövründən, motivasiyasından, ailəsinin və müəllimlərinin dəstəyindən, gələcək planlarından və 700 bal hədəfləyən abituriyentlərə tövsiyələrindən danışıb.

– İlk növbədə sizi bu möhtəşəm – 700 ballıq nəticə münasibətilə təbrik edirik. Bu xəbəri eşidəndə ilk reaksiyanız necə oldu?

– Çox təşəkkür edirəm. Nəticəni evdə, ailəmlə birlikdə SMS vasitəsilə öyrəndik. Hamımız çox sevindik. Həmin an yaşadığım hissləri sözlə ifadə etmək çətindir. Bu, uzun müddət çəkilən zəhmətin bəhrəsini görmək və əvəzolunmaz sevinc hissini yaşamaq idi.

– Bu uğurun arxasında necə bir hazırlıq prosesi dayanırdı? Gününüzü necə planlaşdırırdınız?

– Bu nəticəni əldə etmək üçün həqiqətən də çox çalışmaq lazımdır. Hazırlıq müddətində günümü elə planlaşdırırdım ki, dərslərlə yanaşı kifayət qədər istirahətə də vaxt ayırım. Düşünürəm ki, məhsuldar hazırlıq üçün həm zəhmət, həm də düzgün istirahət vacibdir.

– Buraxılış imtahanında da yüksək nəticə göstərmişdiniz. Qəbul imtahanına hazırlaşarkən ən çox nəyə diqqət yetirdiniz?

– Ən çox diqqət yetirdiyim məqam tapşırıqları həm sürətli, həm də diqqətlə həll etməyə alışmaq idi. İmtahanda vaxtın düzgün idarə olunması çox vacibdir. Buna görə də hazırlıq müddətində sürət və dəqiqlik üzərində davamlı işləyirdim.

– Hazırlıq müddətində motivasiyanızı necə qoruyurdunuz? Çətin anlarınız oldumu?

– Əlbəttə, hər kəs kimi mənim də motivasiyamın aşağı düşdüyü, çətinlik çəkdiyim vaxtlar olurdu. Amma özümə xatırladırdım ki, bu gün çəkdiyim əziyyətin bəhrəsini cəmi bir neçə ay sonra görəcəyəm. Məhz bu düşüncə mənə davam etmək üçün güc verirdi.

– Müəllimlərinizin və ailənizin bu uğurda rolu necə olub?

– Bu uğurda həm müəllimlərimin, həm də ailəmin rolu danılmazdır. Onların dəstəyi, mənə inamı və hər zaman yanımda olmaları mənim üçün çox böyük motivasiya idi. Hər birinə sonsuz təşəkkürümü bildirirəm.

– İmtahan zamanı həyəcanı necə idarə etdiniz və vaxt bölgüsünü necə qurdunuz?

– Təbii ki, imtahan zamanı müəyyən qədər həyəcan və stress olur. Əsas məsələ onu idarə edə bilməkdir. Mən əvvəlcə mənə daha asan gələn fənləri və sualları həll etməyə çalışırdım, daha çətin tapşırıqları isə sona saxlayırdım. Bu üsul vaxtı daha səmərəli idarə etməyimə kömək etdi.

– Gələcəkdə hansı universitetdə və hansı ixtisas üzrə təhsil almağı planlaşdırırsınız? Bu seçimin səbəbi nədir?

– Gələcəkdə Azərbaycan Tibb Universitetində təhsil almağı düşünürəm. İxtisas olaraq isə cərrahiyyə sahəsinə yönəlmək istəyirəm. Bu sahəyə böyük marağım var və gələcəyimi məhz burada görürəm.

– Məktəb illərində olimpiadalar və digər müsabiqələrdə iştirakınız bu nəticəyə necə təsir göstərdi?

– Aşağı siniflərdən etibarən müxtəlif bilik yarışlarında iştirak etmişəm. VI sinifdə Respublika Fənn Müsabiqəsində, VIII sinifdə Respublika Fənn Olimpiadasında iştirak etmişəm. X sinifdə isə "Əlaçı" telemüsabiqəsinin qalibi olmuşam. Bu yarışlar həm biliklərimin inkişafına, həm də imtahanlarda özüməinamla çıxış etməyimə böyük təsir göstərib.

– 700 bal toplamaq istəyən gələcək abituriyentlərə ən vacib tövsiyəniz nə olardı?

– Ən vacib tövsiyəm vaxt bölgüsünə xüsusi diqqət yetirmələridir. Həm hazırlıq müddətində, həm də imtahan zamanı vaxtı düzgün idarə etmək uğurun əsas şərtlərindən biridir.

– Bundan sonrakı əsas hədəfləriniz və arzularınız nələrdir? Azərbaycanda qalmağı, yoxsa xaricdə təhsil almağı düşünürsünüz?

– İlk hədəfim Azərbaycanda ali təhsilimi uğurla başa vurmaqdır. Daha sonra isə xaricdə təhsilimi davam etdirməyi, ixtisasım üzrə peşəkar mütəxəssis kimi yetişməyi planlaşdırıram. İnanıram ki, daim üzərimdə çalışaraq bu məqsədlərə nail olacağam.

- Bizə vaxt ayırdığınız üçün təşəkkür edirik.

- Sağ olun.


Söhbətləşdi: Elşən Yəhyayev

 


Bu gün, 20:35 19
Bu gün, 20:35
Bu gün, 18:30
Bu gün, 17:35
Bu gün, 16:57
Bu gün, 16:55
Bu gün, 16:38
Bu gün, 14:44
Bu gün, 14:11
Bu gün, 14:05
Bu gün, 13:18
Bu gün, 12:32
Bu gün, 12:29
Bu gün, 12:10
Bu gün, 11:44
Dünən, 18:49
Dünən, 17:50
Dünən, 17:42
Dünən, 17:33
Dünən, 16:39
Dünən, 15:23
Dünən, 14:31
Dünən, 12:57
Dünən, 12:53
Dünən, 11:22
Dünən, 11:12
Dünən, 10:58
Dünən, 09:00
28-07-2026, 18:49
28-07-2026, 18:46
28-07-2026, 17:52
28-07-2026, 17:36
28-07-2026, 16:59
28-07-2026, 13:22
28-07-2026, 13:07
28-07-2026, 12:09
28-07-2026, 10:33
28-07-2026, 10:00
28-07-2026, 09:54
27-07-2026, 20:11
27-07-2026, 19:41
1 2 3 4 5 6 7 8 9 10 ... 1090