
Sumqayıt şəhərinin 3-cü mikrorayonunda yerləşən 11/8 nömrəli binanın sakinləri ciddi təhlükə ilə üz-üzə qaldıqlarını bildirirlər. Onların sözlərinə görə, artıq 10 gündən çoxdur ki, binanın fundamentində çökmə müşahidə olunur.
Sakinin Sumqayit.tv-yə verdiyi məlumata görə, məsələ ilə bağlı aidiyyəti qurumlara şəxsən müraciət etməsə də, qonşular tərəfindən müraciətlər olunub. Bildirilir ki, ərazi üzrə xidmət göstərən qurumun əməkdaşları hadisə yerinə gələrək baxış keçiriblər, lakin bundan sonra hər hansı tədbir görülməyib.
Sakinlərin iddiasına görə, çökmə bir anda baş verib və 10 gündən artıqdır ki, vəziyyət dəyişməz olaraq qalır. Bu isə bina sakinlərində narahatlıq yaradıb.
Məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyini öyrənməyə çalışacağıq.
Qeyd edək ki, Sumqayit.tv olaraq qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Bu gün, 17:25
20