Sumqayıtdan Aktauya: Xəzərin dibi ilə fiber-optik kabelin çəkilişinə start verildi

Xəzər dənizinin dibi ilə çəkiləcək Transxəzər Fiber-Optik Kabel (FOCL) xəttinin tikintisinə başlanılıb.

Sumqayit.tv xəbər verir ki, bu barədə Qazaxıstanın Süni İntellekt və Rəqəmsal İnkişaf Nazirliyi məlumat yayıb.

Məlumata görə, Çindən Kurık limanına çatdırılan optik kabel və ümumi çəkisi 600 ton olan üç kabel səbəti xüsusi logistika gəmisi ilə Bakıya gətirilib. Daha sonra kabel xüsusi çənə yerləşdirilərək gəmi Sumqayıt limanından Aktau istiqamətində yola düşüb və xəttin çəkilişinə start verilib.

Layihənin icrası üçün su tutumu 20 min tondan çox olan, müasir dinamik mövqeləndirmə sistemi ilə təchiz edilmiş kabeldöşəyən gəmi cəlb olunub. Gəmidə texniki mütəxəssislərlə yanaşı, "Kazakhtelecom" ASC-nin nümayəndəsi də daxil olmaqla 70 nəfərlik heyət çalışır.

Transxəzər Fiber-Optik Kabel layihəsi "Kazakhtelecom" ASC"AzerTelecom Int." MMC tərəfindən yaradılmış "CaspiLink B.V." birgə müəssisəsi tərəfindən həyata keçirilir.

Nazirlik bildirir ki, hava şəraiti əlverişli olarsa, kabelin dənizin dibi ilə çəkilişi 15–20 gün ərzində tamamlanacaq. Layihə üzrə bütün texnoloji və sazlama işlərinin isə 2026-cı ilin sonunadək başa çatdırılması nəzərdə tutulur.


31-07-2026, 14:15 64

Digər xəbərlər

33 nömrəli avtobusla bağlı sakinlərin narazılığı artır: “Uzun müddət gözləyirik"

Sumqayıt Tibb Mərkəzində qalmaqal - 13 əməkdaş qanunsuz olaraq işdən çıxarılıb

Sumqayıt Ağsaqqallar Şurasında qarşıda duran vəzifələr müzakirə olunub -FOTO

Sumqayıt sakinlərinə ŞAD XƏBƏR – Xırdalan qatarı yenidən işləyəcək-VİDEO

Sumqayıtda kafe tamamilə yanıb

Sumqayıtda ağacların qanunsuz kəsilməsi ilə bağlı araşdırma aparılır – 71 940 manatlıq ziyan

Sumqayıtda 1 nömrəli Şəhər Xəstəxanasına yeni rəhbər təyin olunub-FOTO/VİDEO

Novxanıda kirayədə yaşayan kişinin meyiti tapıldı

AQTA-dan bitki yağları ilə bağlı XƏBƏRDARLIQ: Bəzi məhsullarda təhlükəli maddə aşkarlanıb

Bakı metrosunda hərəkət dəyişir: Sumqayıtdan Bakıya gedənlərin DİQQƏTİNƏ

Kamran Əsədov məhkəmədə cinayət işinə xitam verilməsini istədi

Sumqayıtda avqust ayının pensiyaları ÖDƏNİLDİ

Sumqayıtda 27,5 milyon manatlıq layihə: 100-dən çox yeni iş yeri yaradılacaq

Novxanıda üç avtomobil toqquşdu – Xəsarət alanlar var

Sumqayıt yolunda yanğın təhlükəsi yaradan quru ot və zibillər təmizləndi

“Təmiz sahil, təmiz dəniz” – Coratda iməcilik keçirildi

Sumqayıtda zibil qutuları niyə azalıb? – Sakinləri düşündürən məsələ-FOTO

Sumqayıtın 5-ci mikrorayonundakı 8/2 yataqxanasında günorta saatlarında su gəlmir – Sakinlər iddia edir

Sabah Sumqayıtda 29 min abonentin qazı kəsiləcək

Sumqayıtda restorandan oğurluq edən və motosiklet qaçıran şəxslər saxlanıldı

1 2 3 4 5 6 7 8 9 10 ... 1098
Dünən, 22:10
Dünən, 21:37
Dünən, 20:04
Dünən, 18:06
Dünən, 18:00
Dünən, 17:53
Dünən, 16:42
Dünən, 15:27
Dünən, 13:45
Dünən, 13:44
Dünən, 13:29
Dünən, 12:37
Dünən, 12:25
Dünən, 12:08
Dünən, 11:52
Dünən, 10:35
Dünən, 09:10
13-08-2026, 20:46
13-08-2026, 17:24
13-08-2026, 16:00
13-08-2026, 13:43
13-08-2026, 12:39
13-08-2026, 12:07
13-08-2026, 11:04
13-08-2026, 10:45
13-08-2026, 10:23
12-08-2026, 20:02
12-08-2026, 17:45
12-08-2026, 16:16
12-08-2026, 15:25
12-08-2026, 15:23
12-08-2026, 14:05
12-08-2026, 13:12
12-08-2026, 12:34
12-08-2026, 12:19
12-08-2026, 12:16
12-08-2026, 12:11
12-08-2026, 10:00
12-08-2026, 01:54
11-08-2026, 20:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1098