
Bu gündən etibarən Bosniya və Herseqovina, eləcə də Sinqapurun ümumvətəndaş pasportuna malik vətəndaşları üçün Azərbaycana turizm məqsədilə giriş zamanı viza tələbi müvəqqəti ləğv edilib.
Sumqayit.tv xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidməti məlumat yayıb.
Məlumata əsasən, güzəşt 1 avqust 2027-ci il tarixinədək qüvvədə olacaq. Həmin müddət ərzində Bosniya və Herseqovina və Sinqapur vətəndaşları Azərbaycana üç dəfə vizasız səfər edə və hər səfər zamanı ölkədə 30 günədək qala biləcəklər.
Bildirilib ki, turizm məqsədindən fərqli səbəblərlə Azərbaycana gəlmək və ya ölkədə daha uzun müddət qalmaq istəyən şəxslər isə qüvvədə olan qanunvericiliyə uyğun şəkildə müvafiq viza almalıdırlar.
Bu gün, 12:19
8