Valideyn danışdı, "Nauka Tədris Mərkəzi"ndən isə hələ də açıqlama yoxdur-FOTO

 

Sumqayıt şəhərində fəaliyyət göstərən "Nauka Tədris Mərkəzi" adlı özəl məktəbəqədər təhsil müəssisəsi ilə bağlı ciddi iddialar səsləndirilib.

Şikayətçi valideynin Sumqayit.tv-yə bildirdiyinə görə, övladları son 7 ay ərzində həmin bağçada təhsil alıb. Bu müddət ərzində müəssisə tərəfindən tələb olunan aylıq ödənişlər və müxtəlif adlar altında istənilən əlavə vəsaitlər tam şəkildə ödənilib.

Valideyn iddia edir ki, bu müddətdə övladları dəfələrlə kobud rəftara, psixoloji təzyiqə və fiziki zorakılığa məruz qalıblar. Onun sözlərinə görə, son hadisə zamanı övladlarından biri müəllim tərəfindən çubuqla vurulub.

Şikayətçinin iddiasına əsasən, bağçaya ümumilikdə 4 min manatdan artıq vəsait ödənilib. O bildirir ki, övladlarının avqust ayı üçün aylıq ödənişi əvvəlcədən edilsə də, uşaqları bağçadan çıxardıqlarına baxmayaraq həmin məbləğ geri qaytarılmayıb. Valideyn həmçinin uşağa məxsus bəzi şəxsi əşyaların da geri verilmədiyini iddia edir.

Valideynin sözlərinə görə, müəssisə övladını qəbul imtahanına tam şəkildə hazırlayacağını vəd edib. Lakin onun iddiasına əsasən, uşaq imtahandan uğur qazana bilməyib və valideyn bunu göstərilən təhsilin keyfiyyəti ilə əlaqələndirir.

Şikayətçi bildirir ki, baş verənlərlə bağlı bağçanın müdiri Pərvanə Vaqifovaya məlumat verilsə də, rəhbərlik məsələyə laqeyd yanaşıb və lazımi tədbirlər görülməyib.

Valideyn artıq məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına rəsmi müraciət etdiyini, hazırda araşdırma aparıldığını bildirib.

İddialara görə, hadisənin baş verdiyi "Nauka Tədris Mərkəzi" Sumqayıt şəhərinin 5-ci mikrorayonunda, "Müasir Stomatologiya" yaxınlığında yerləşir və iki korpusdan ibarətdir.

Şikayətçi müəllimlər İlhamə, Ayşən və Roya, eləcə də müəssisənin müdiri Pərvanə Vaqifovanın məsuliyyət daşıdıqlarını iddia edir.

Qeyd edək ki, bu yazıda yer alan məlumatlar şikayətçi valideynin iddialarına əsaslanır. Valideyn məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına rəsmi müraciət etdiyini və hazırda araşdırma aparıldığını bildirib.

Sumqayit.tv tərəfindən məsələ ilə bağlı "Nauka Tədris Mərkəzi"nin mövqeyini öyrənmək məqsədilə müəssisəyə rəsmi sorğu ünvanlanıb, həmçinin telefon əlaqəsi saxlanılıb. Lakin materialın hazırlandığı vaxtadək sorğuya hər hansı cavab təqdim edilməyib.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq və təqdim ediləcəyi təqdirdə xəbərə əlavə olunacaq.


Müəllif: Elşən Yəhyayev

 

 


31-07-2026, 21:03 107

Digər xəbərlər

33 nömrəli avtobusla bağlı sakinlərin narazılığı artır: “Uzun müddət gözləyirik"

Sumqayıt Tibb Mərkəzində qalmaqal - 13 əməkdaş qanunsuz olaraq işdən çıxarılıb

Sumqayıt Ağsaqqallar Şurasında qarşıda duran vəzifələr müzakirə olunub -FOTO

Sumqayıt sakinlərinə ŞAD XƏBƏR – Xırdalan qatarı yenidən işləyəcək-VİDEO

Sumqayıtda kafe tamamilə yanıb

Sumqayıtda ağacların qanunsuz kəsilməsi ilə bağlı araşdırma aparılır – 71 940 manatlıq ziyan

Sumqayıtda 1 nömrəli Şəhər Xəstəxanasına yeni rəhbər təyin olunub-FOTO/VİDEO

Novxanıda kirayədə yaşayan kişinin meyiti tapıldı

AQTA-dan bitki yağları ilə bağlı XƏBƏRDARLIQ: Bəzi məhsullarda təhlükəli maddə aşkarlanıb

Bakı metrosunda hərəkət dəyişir: Sumqayıtdan Bakıya gedənlərin DİQQƏTİNƏ

Kamran Əsədov məhkəmədə cinayət işinə xitam verilməsini istədi

Sumqayıtda avqust ayının pensiyaları ÖDƏNİLDİ

Sumqayıtda 27,5 milyon manatlıq layihə: 100-dən çox yeni iş yeri yaradılacaq

Novxanıda üç avtomobil toqquşdu – Xəsarət alanlar var

Sumqayıt yolunda yanğın təhlükəsi yaradan quru ot və zibillər təmizləndi

“Təmiz sahil, təmiz dəniz” – Coratda iməcilik keçirildi

Sumqayıtda zibil qutuları niyə azalıb? – Sakinləri düşündürən məsələ-FOTO

Sumqayıtın 5-ci mikrorayonundakı 8/2 yataqxanasında günorta saatlarında su gəlmir – Sakinlər iddia edir

Sabah Sumqayıtda 29 min abonentin qazı kəsiləcək

Sumqayıtda restorandan oğurluq edən və motosiklet qaçıran şəxslər saxlanıldı

1 2 3 4 5 6 7 8 9 10 ... 1098
Dünən, 22:10
Dünən, 21:37
Dünən, 20:04
Dünən, 18:06
Dünən, 18:00
Dünən, 17:53
Dünən, 16:42
Dünən, 15:27
Dünən, 13:45
Dünən, 13:44
Dünən, 13:29
Dünən, 12:37
Dünən, 12:25
Dünən, 12:08
Dünən, 11:52
Dünən, 10:35
Dünən, 09:10
13-08-2026, 20:46
13-08-2026, 17:24
13-08-2026, 16:00
13-08-2026, 13:43
13-08-2026, 12:39
13-08-2026, 12:07
13-08-2026, 11:04
13-08-2026, 10:45
13-08-2026, 10:23
12-08-2026, 20:02
12-08-2026, 17:45
12-08-2026, 16:16
12-08-2026, 15:25
12-08-2026, 15:23
12-08-2026, 14:05
12-08-2026, 13:12
12-08-2026, 12:34
12-08-2026, 12:19
12-08-2026, 12:16
12-08-2026, 12:11
12-08-2026, 10:00
12-08-2026, 01:54
11-08-2026, 20:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1098