
2026-cı ilin iyul ayında Sumqayıtda havanın maksimal temperaturu 40 dərəcə isti təşkil edib.
Sumqayit.tv xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova məlumat verib.
Bildirilib ki, Bakı və Abşeron yarımadasında iyul ayı ərzində orta aylıq temperatur 28 dərəcə isti olub ki, bu da iqlim normasından 1 dərəcə yüksəkdir.
Məlumata görə, yarımadada ən yüksək temperatur iyulun 26-da məhz Sumqayıtda qeydə alınıb və 40 dərəcə isti olub. Minimal temperatur isə iyulun 3 və 9-da Maştağa və Sumqayıtda 20 dərəcə isti təşkil edib.
Qeyd olunub ki, iyul ayında Bakı və Abşeron yarımadasında 9 gün küləkli hava şəraiti müşahidə olunub. Küləyin maksimal sürəti isə iyulun 27-də saniyədə 28 metrə çatıb.
Bu gün, 17:24
7