Sumqayıt böyüyür, amma piyadalar üçün təhlükəsizlik niyə yerində sayır?

Sumqayıt artıq çoxdan Azərbaycanın ikinci ən böyük şəhərinə çevrilib. Rəsmi statistikaya görə şəhərdə 470 minə yaxın insan yaşayır. Qeyri-rəsmi məlumatlarda isə bu rəqəmin 700 minə yaxın olduğu bildirilir. Yeni yaşayış massivləri salınır, avtomobillərin sayı ildən-ilə artır, yollar yenilənir. Ancaq bütün bunların fonunda bir sual cavabsız qalır: Bu şəhərdə piyadaların təhlükəsizliyi niyə hələ də prioritet deyil?

Maraqlıdır ki, yüz minlərlə insanın yaşadığı Sumqayıtda bu günədək nə yeraltı, nə də yerüstü piyada keçidi inşa olunub. Halbuki şəhərin bir neçə nöqtəsində belə keçidlərə böyük ehtiyac var.

Sülh küçəsindən Bulvara, xüsusilə Göyərçin abidəsi istiqamətinə keçmək istəyən yüzlərlə insan hər gün intensiv nəqliyyat axınının arasından yolunu tapmağa çalışır. Eyni mənzərə Karvan Ticarət Mərkəzinin arxa hissəsində, Sülh küçəsinə çıxışda da yaşanır.

Daha təhlükəli ərazilərdən biri isə 9-cu mikrorayonla 5-ci mikrorayonu birləşdirən hissədir. Heydər Əliyev Parkı tərəfindən gələn piyadalar çox vaxt qarşı tərəfə keçmək üçün Azpetrol yanacaqdoldurma məntəqəsinin ərazisindən istifadə etməyə məcbur olurlar. Yanacaqdoldurma məntəqəsi insanların keçidi üçün nəzərdə tutulmayıb və bu vəziyyət həm piyadalar, həm də sürücülər üçün ciddi risk yaradır.

Problemin digər tərəfi yol hərəkətinin təşkilidir. Bəzi ərazilərdə yaşıl işıq eyni vaxtda həm avtomobillər, həm də piyadalar üçün yanır. Nəticədə sürücülər piyadalara yol vermək məcburiyyətində qalır, nəqliyyatın hərəkəti ləngiyir, tıxaclar yaranır. Vaxt itirilir, əsəblər gərilir və ən əsası, qəza riski artır.

Müasir şəhərlərdə yeraltı və yerüstü piyada keçidləri sadəcə infrastruktur elementi deyil. Onlar insan həyatının qorunmasına, nəqliyyatın daha səmərəli hərəkətinə və şəhərin müasir simasının formalaşmasına xidmət edir.

Sumqayıtın inkişafı yalnız yeni binalar və geniş yollarla ölçülməməlidir. İnkişaf o zaman hiss olunur ki, insanlar özlərini küçədə təhlükəsiz hiss etsinlər.

Artıq şəhərin ən problemli nöqtələrində yeraltı və ya yerüstü piyada keçidlərinin tikintisi ilə bağlı konkret addımların atılmasına ehtiyac var. Çünki söhbət təkcə rahatlıqdan yox, insan həyatından gedir.

Müəllif: Rövşən Hacıyev, xüsusi olaraq Sumqayit.tv üçün 


4-08-2026, 20:32 52

Digər xəbərlər

33 nömrəli avtobusla bağlı sakinlərin narazılığı artır: “Uzun müddət gözləyirik"

Sumqayıt Tibb Mərkəzində qalmaqal - 13 əməkdaş qanunsuz olaraq işdən çıxarılıb

Sumqayıt Ağsaqqallar Şurasında qarşıda duran vəzifələr müzakirə olunub -FOTO

Sumqayıt sakinlərinə ŞAD XƏBƏR – Xırdalan qatarı yenidən işləyəcək-VİDEO

Sumqayıtda kafe tamamilə yanıb

Sumqayıtda ağacların qanunsuz kəsilməsi ilə bağlı araşdırma aparılır – 71 940 manatlıq ziyan

Sumqayıtda 1 nömrəli Şəhər Xəstəxanasına yeni rəhbər təyin olunub-FOTO/VİDEO

Novxanıda kirayədə yaşayan kişinin meyiti tapıldı

AQTA-dan bitki yağları ilə bağlı XƏBƏRDARLIQ: Bəzi məhsullarda təhlükəli maddə aşkarlanıb

Bakı metrosunda hərəkət dəyişir: Sumqayıtdan Bakıya gedənlərin DİQQƏTİNƏ

Kamran Əsədov məhkəmədə cinayət işinə xitam verilməsini istədi

Sumqayıtda avqust ayının pensiyaları ÖDƏNİLDİ

Sumqayıtda 27,5 milyon manatlıq layihə: 100-dən çox yeni iş yeri yaradılacaq

Novxanıda üç avtomobil toqquşdu – Xəsarət alanlar var

Sumqayıt yolunda yanğın təhlükəsi yaradan quru ot və zibillər təmizləndi

“Təmiz sahil, təmiz dəniz” – Coratda iməcilik keçirildi

Sumqayıtda zibil qutuları niyə azalıb? – Sakinləri düşündürən məsələ-FOTO

Sumqayıtın 5-ci mikrorayonundakı 8/2 yataqxanasında günorta saatlarında su gəlmir – Sakinlər iddia edir

Sabah Sumqayıtda 29 min abonentin qazı kəsiləcək

Sumqayıtda restorandan oğurluq edən və motosiklet qaçıran şəxslər saxlanıldı

1 2 3 4 5 6 7 8 9 10 ... 1098
Dünən, 22:10
Dünən, 21:37
Dünən, 20:04
Dünən, 18:06
Dünən, 18:00
Dünən, 17:53
Dünən, 16:42
Dünən, 15:27
Dünən, 13:45
Dünən, 13:44
Dünən, 13:29
Dünən, 12:37
Dünən, 12:25
Dünən, 12:08
Dünən, 11:52
Dünən, 10:35
Dünən, 09:10
13-08-2026, 20:46
13-08-2026, 17:24
13-08-2026, 16:00
13-08-2026, 13:43
13-08-2026, 12:39
13-08-2026, 12:07
13-08-2026, 11:04
13-08-2026, 10:45
13-08-2026, 10:23
12-08-2026, 20:02
12-08-2026, 17:45
12-08-2026, 16:16
12-08-2026, 15:25
12-08-2026, 15:23
12-08-2026, 14:05
12-08-2026, 13:12
12-08-2026, 12:34
12-08-2026, 12:19
12-08-2026, 12:16
12-08-2026, 12:11
12-08-2026, 10:00
12-08-2026, 01:54
11-08-2026, 20:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1098