
Ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün ixtisas seçiminin tarixləri müəyyənləşib.
Sumqayit.tv xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.
Bildirilib ki, ali məktəblərə qəbul üzrə ixtisas seçimi 12–19 avqust 2026-cı il tarixlərində aparılacaq.
Qeyd olunub ki, ixtisas seçimi ilə bağlı vacib məlumatların yer aldığı "Abituriyent" jurnalının 4-cü nömrəsi yaxın günlərdə nəşr ediləcək.
Bu gün, 12:11
9