9-cu mikrorayonda zibil qutuları sakinlərin etirazına səbəb olub-FOTO/VIDEO

 
Sumqayıt şəhərinin 9-cu mikrorayonunda yerləşən 25, 26 və 27 saylı binaların sakinləri yaşadıqları ərazidə məişət tullantıları konteynerlərinin yerləşdirilməsindən narazıdırlar.

Sumqayit.tv-yə daxil olan müraciətdə sakinlər iddia edirlər ki, əvvəllər başqa ərazidə yerləşən zibil konteynerləri sonradan binaların yaxınlığına, sakinlərin gündəlik istifadə etdiyi yolun kənarına köçürülüb.

Onların sözlərinə görə, konteynerlər uşaqların 26 nömrəli məktəbə gedib-gəldiyi yolun üzərində yerləşdirilib. Sakinlər bildirirlər ki, isti yay günlərində əraziyə yayılan kəskin qoxu səbəbindən həm küçədə hərəkət etmək, həm də evlərdə pəncərə açmaq çətinləşib.

Müraciətdə qeyd olunur ki, məsələ ilə bağlı 16 iyun tarixində aidiyyəti quruma müraciət edilib. Daha sonra kollektiv şəkildə yazılı ərizə təqdim olunaraq konteynerlərin əvvəlki yerinə qaytarılması tələb edilib.

Sakinlərin iddiasına görə, Mənzil-Kommunal İstismar Sahəsinin (MİS) nümayəndələri konteynerlərin bir həftə ərzində köçürüləcəyini bildirsələr də, aradan aylar keçməsinə baxmayaraq, problem hələ də həllini tapmayıb.

Onlar bildirirlər ki, sonradan yenidən MİS-ə müraciət etsələr də, müəssisə rəhbəri ilə görüşə bilməyiblər. Yalnız rəhbərin köməkçisi ilə görüş keçirilib və onlara konteynerlərin artıq həmin ərazidə qalacağı bildirilib.

Sakinlər hesab edirlər ki, tullantı konteynerlərinin yaşayış binalarının, məktəbə gedən yolun və piyadaların intensiv istifadə etdiyi ərazidə yerləşdirilməsi həm antisanitar vəziyyət yaradır, həm də ətraf mühitə mənfi təsir göstərir.

Vətəndaşlar aidiyyəti qurumlardan məsələni yerində araşdırmağı, konteynerlərin daha uyğun əraziyə köçürülməsini və yaranmış problemin qısa müddətdə aradan qaldırılmasını xahiş edirlər.

Qeyd: Xəbərdə yer alan məlumatlar sakinlərin iddialarına əsaslanır. Sumqayit.tv məsələ ilə bağlı aidiyyəti qurumun mövqeyini dərc etməyə hazırdır. Rəsmi açıqlama daxil olduğu təqdirdə material yenilənəcək.

 

 

 

 


6-08-2026, 11:53 96

Digər xəbərlər

33 nömrəli avtobusla bağlı sakinlərin narazılığı artır: “Uzun müddət gözləyirik"

Sumqayıt Tibb Mərkəzində qalmaqal - 13 əməkdaş qanunsuz olaraq işdən çıxarılıb

Sumqayıt Ağsaqqallar Şurasında qarşıda duran vəzifələr müzakirə olunub -FOTO

Sumqayıt sakinlərinə ŞAD XƏBƏR – Xırdalan qatarı yenidən işləyəcək-VİDEO

Sumqayıtda kafe tamamilə yanıb

Sumqayıtda ağacların qanunsuz kəsilməsi ilə bağlı araşdırma aparılır – 71 940 manatlıq ziyan

Sumqayıtda 1 nömrəli Şəhər Xəstəxanasına yeni rəhbər təyin olunub-FOTO/VİDEO

Novxanıda kirayədə yaşayan kişinin meyiti tapıldı

AQTA-dan bitki yağları ilə bağlı XƏBƏRDARLIQ: Bəzi məhsullarda təhlükəli maddə aşkarlanıb

Bakı metrosunda hərəkət dəyişir: Sumqayıtdan Bakıya gedənlərin DİQQƏTİNƏ

Kamran Əsədov məhkəmədə cinayət işinə xitam verilməsini istədi

Sumqayıtda avqust ayının pensiyaları ÖDƏNİLDİ

Sumqayıtda 27,5 milyon manatlıq layihə: 100-dən çox yeni iş yeri yaradılacaq

Novxanıda üç avtomobil toqquşdu – Xəsarət alanlar var

Sumqayıt yolunda yanğın təhlükəsi yaradan quru ot və zibillər təmizləndi

“Təmiz sahil, təmiz dəniz” – Coratda iməcilik keçirildi

Sumqayıtda zibil qutuları niyə azalıb? – Sakinləri düşündürən məsələ-FOTO

Sumqayıtın 5-ci mikrorayonundakı 8/2 yataqxanasında günorta saatlarında su gəlmir – Sakinlər iddia edir

Sabah Sumqayıtda 29 min abonentin qazı kəsiləcək

Sumqayıtda restorandan oğurluq edən və motosiklet qaçıran şəxslər saxlanıldı

1 2 3 4 5 6 7 8 9 10 ... 1098
Dünən, 22:10
Dünən, 21:37
Dünən, 20:04
Dünən, 18:06
Dünən, 18:00
Dünən, 17:53
Dünən, 16:42
Dünən, 15:27
Dünən, 13:45
Dünən, 13:44
Dünən, 13:29
Dünən, 12:37
Dünən, 12:25
Dünən, 12:08
Dünən, 11:52
Dünən, 10:35
Dünən, 09:10
13-08-2026, 20:46
13-08-2026, 17:24
13-08-2026, 16:00
13-08-2026, 13:43
13-08-2026, 12:39
13-08-2026, 12:07
13-08-2026, 11:04
13-08-2026, 10:45
13-08-2026, 10:23
12-08-2026, 20:02
12-08-2026, 17:45
12-08-2026, 16:16
12-08-2026, 15:25
12-08-2026, 15:23
12-08-2026, 14:05
12-08-2026, 13:12
12-08-2026, 12:34
12-08-2026, 12:19
12-08-2026, 12:16
12-08-2026, 12:11
12-08-2026, 10:00
12-08-2026, 01:54
11-08-2026, 20:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1098