Sumqayıt dəmir yolunda yeni təhlükəsizlik qaydaları tətbiq olunacaq

Bakı–Xırdalan–Sumqayıt dəmiryol xəttində təhlükəsizliyin artırılması məqsədilə yeni qaydalar təsdiqlənib.

Sumqayit.tv xəbər verir ki, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası “Dəmir yolunun təhlükəsizlik zonasının müvəqqəti istismar Qaydaları”nı təsdiq edib.

Qərar “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində Bakı–Xırdalan–Sumqayıt və Bakı–Pirşağı–Sumqayıt dəmiryol xətlərinin təkmilləşdirilməsi, eləcə də bir sıra digər xətlərin bərpasını əhatə edir.

Qaydalara əsasən, dəmir yolunun təhlükəsizlik zonası relslərin hər iki tərəfində 11 metr məsafəni əhatə edəcək. Bu ərazilərdə hündürlüyü 2,20 metrdən çox olmayan qoruyucu çəpərlər və torlar quraşdırılacaq, avtomobil yolları ilə kəsişmələrdə isə təhlükəsiz keçidlər təşkil olunacaq.

Bundan başqa, təhlükəsizlik zonası videomüşahidə sistemləri ilə təchiz ediləcək və ərazi 24 saat nəzarətdə saxlanılacaq.

Yeni qaydalara əsasən, təhlükəsizlik zonasında digər təyinatlı bina və tikililərin inşasına icazə verilməyəcək.


5-08-2026, 11:46 48

Digər xəbərlər

33 nömrəli avtobusla bağlı sakinlərin narazılığı artır: “Uzun müddət gözləyirik"

Sumqayıt Tibb Mərkəzində qalmaqal - 13 əməkdaş qanunsuz olaraq işdən çıxarılıb

Sumqayıt Ağsaqqallar Şurasında qarşıda duran vəzifələr müzakirə olunub -FOTO

Sumqayıt sakinlərinə ŞAD XƏBƏR – Xırdalan qatarı yenidən işləyəcək-VİDEO

Sumqayıtda kafe tamamilə yanıb

Sumqayıtda ağacların qanunsuz kəsilməsi ilə bağlı araşdırma aparılır – 71 940 manatlıq ziyan

Sumqayıtda 1 nömrəli Şəhər Xəstəxanasına yeni rəhbər təyin olunub-FOTO/VİDEO

Novxanıda kirayədə yaşayan kişinin meyiti tapıldı

AQTA-dan bitki yağları ilə bağlı XƏBƏRDARLIQ: Bəzi məhsullarda təhlükəli maddə aşkarlanıb

Bakı metrosunda hərəkət dəyişir: Sumqayıtdan Bakıya gedənlərin DİQQƏTİNƏ

Kamran Əsədov məhkəmədə cinayət işinə xitam verilməsini istədi

Sumqayıtda avqust ayının pensiyaları ÖDƏNİLDİ

Sumqayıtda 27,5 milyon manatlıq layihə: 100-dən çox yeni iş yeri yaradılacaq

Novxanıda üç avtomobil toqquşdu – Xəsarət alanlar var

Sumqayıt yolunda yanğın təhlükəsi yaradan quru ot və zibillər təmizləndi

“Təmiz sahil, təmiz dəniz” – Coratda iməcilik keçirildi

Sumqayıtda zibil qutuları niyə azalıb? – Sakinləri düşündürən məsələ-FOTO

Sumqayıtın 5-ci mikrorayonundakı 8/2 yataqxanasında günorta saatlarında su gəlmir – Sakinlər iddia edir

Sabah Sumqayıtda 29 min abonentin qazı kəsiləcək

Sumqayıtda restorandan oğurluq edən və motosiklet qaçıran şəxslər saxlanıldı

1 2 3 4 5 6 7 8 9 10 ... 1098
Dünən, 22:10
Dünən, 21:37
Dünən, 20:04
Dünən, 18:06
Dünən, 18:00
Dünən, 17:53
Dünən, 16:42
Dünən, 15:27
Dünən, 13:45
Dünən, 13:44
Dünən, 13:29
Dünən, 12:37
Dünən, 12:25
Dünən, 12:08
Dünən, 11:52
Dünən, 10:35
Dünən, 09:10
13-08-2026, 20:46
13-08-2026, 17:24
13-08-2026, 16:00
13-08-2026, 13:43
13-08-2026, 12:39
13-08-2026, 12:07
13-08-2026, 11:04
13-08-2026, 10:45
13-08-2026, 10:23
12-08-2026, 20:02
12-08-2026, 17:45
12-08-2026, 16:16
12-08-2026, 15:25
12-08-2026, 15:23
12-08-2026, 14:05
12-08-2026, 13:12
12-08-2026, 12:34
12-08-2026, 12:19
12-08-2026, 12:16
12-08-2026, 12:11
12-08-2026, 10:00
12-08-2026, 01:54
11-08-2026, 20:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1098