Sumqayıtda yataqxana sakinlərini narahat edən sual: Bu bina söküləcək?

Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Qara Qarayev küçəsində yerləşən 5 saylı yataqxananın sakinləri yaşadıqları binanın gələcək taleyi ilə bağlı narahatlıqlarını dilə gətiriblər.

Sumqayit.tv. Median.az-a istinadən xəbər verir ki, sakinlər binanın uzun illərdir istismarda olduğunu, hazırkı vəziyyətinin isə yararsız hesab edildiyini bildirərək, onun söküləcək yaşayış binaları siyahısına daxil edilib-edilmədiyi ilə maraqlanıblar.

Onların sözlərinə görə, binanın ətrafında uşaqlar üçün oyun meydançası, park və ya sakinlərin istirahəti üçün skamyalar yoxdur. Sakinlər hesab edirlər ki, ərazidə abadlıq işlərinin aparılmaması gələcəkdə söküntü planlaşdırılması ilə bağlı ola bilər.

Məsələ ilə bağlı açıqlama verən Sumqayıt Şəhər İcra Hakimiyyəti bildirib ki, şəhərdə istismar müddətini başa vurmuş və yaşayış üçün təhlükə yaradan binaların mərhələli şəkildə sökülməsi və onların yerində müasir yaşayış komplekslərinin inşası istiqamətində işlər davam etdirilir.

Qeyd olunub ki, əvvəlki illərdə bir neçə yataqxana sökülərək yerində yeni yaşayış binaları tikilib. Hazırda bu proses 4-cü, 15-ci, 16-cı, 17-ci və 21-ci məhəllələrdə davam etdirilir.

İcra Hakimiyyətindən bildirilib ki, növbəti mərhələlərdə də istismar müddətini başa vurmuş qəzalı binaların mərhələli şəkildə sökülməsi və ərazilərdə yeni yaşayış komplekslərinin inşası nəzərdə tutulur. Bununla belə, İnşaatçılar qəsəbəsində yerləşən 5 saylı yataqxananın sökülməsi ilə bağlı konkret tarix və ya qərar açıqlanmayıb.


5-08-2026, 17:50 54

Digər xəbərlər

33 nömrəli avtobusla bağlı sakinlərin narazılığı artır: “Uzun müddət gözləyirik"

Sumqayıt Tibb Mərkəzində qalmaqal - 13 əməkdaş qanunsuz olaraq işdən çıxarılıb

Sumqayıt Ağsaqqallar Şurasında qarşıda duran vəzifələr müzakirə olunub -FOTO

Sumqayıt sakinlərinə ŞAD XƏBƏR – Xırdalan qatarı yenidən işləyəcək-VİDEO

Sumqayıtda kafe tamamilə yanıb

Sumqayıtda ağacların qanunsuz kəsilməsi ilə bağlı araşdırma aparılır – 71 940 manatlıq ziyan

Sumqayıtda 1 nömrəli Şəhər Xəstəxanasına yeni rəhbər təyin olunub-FOTO/VİDEO

Novxanıda kirayədə yaşayan kişinin meyiti tapıldı

AQTA-dan bitki yağları ilə bağlı XƏBƏRDARLIQ: Bəzi məhsullarda təhlükəli maddə aşkarlanıb

Bakı metrosunda hərəkət dəyişir: Sumqayıtdan Bakıya gedənlərin DİQQƏTİNƏ

Kamran Əsədov məhkəmədə cinayət işinə xitam verilməsini istədi

Sumqayıtda avqust ayının pensiyaları ÖDƏNİLDİ

Sumqayıtda 27,5 milyon manatlıq layihə: 100-dən çox yeni iş yeri yaradılacaq

Novxanıda üç avtomobil toqquşdu – Xəsarət alanlar var

Sumqayıt yolunda yanğın təhlükəsi yaradan quru ot və zibillər təmizləndi

“Təmiz sahil, təmiz dəniz” – Coratda iməcilik keçirildi

Sumqayıtda zibil qutuları niyə azalıb? – Sakinləri düşündürən məsələ-FOTO

Sumqayıtın 5-ci mikrorayonundakı 8/2 yataqxanasında günorta saatlarında su gəlmir – Sakinlər iddia edir

Sabah Sumqayıtda 29 min abonentin qazı kəsiləcək

Sumqayıtda restorandan oğurluq edən və motosiklet qaçıran şəxslər saxlanıldı

1 2 3 4 5 6 7 8 9 10 ... 1098
Dünən, 22:10
Dünən, 21:37
Dünən, 20:04
Dünən, 18:06
Dünən, 18:00
Dünən, 17:53
Dünən, 16:42
Dünən, 15:27
Dünən, 13:45
Dünən, 13:44
Dünən, 13:29
Dünən, 12:37
Dünən, 12:25
Dünən, 12:08
Dünən, 11:52
Dünən, 10:35
Dünən, 09:10
13-08-2026, 20:46
13-08-2026, 17:24
13-08-2026, 16:00
13-08-2026, 13:43
13-08-2026, 12:39
13-08-2026, 12:07
13-08-2026, 11:04
13-08-2026, 10:45
13-08-2026, 10:23
12-08-2026, 20:02
12-08-2026, 17:45
12-08-2026, 16:16
12-08-2026, 15:25
12-08-2026, 15:23
12-08-2026, 14:05
12-08-2026, 13:12
12-08-2026, 12:34
12-08-2026, 12:19
12-08-2026, 12:16
12-08-2026, 12:11
12-08-2026, 10:00
12-08-2026, 01:54
11-08-2026, 20:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1098