MİDA adı ilə 27 min manatdan çox dələduzluq edən şəxslə bağlı qərar dəyişmədi

Sumqayıt Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Əjdər Tağıyevin (adı və soyadı şərtidir) barəsindəki hökmdən verilmiş apellyasiya şikayətinə baxılıb.

Sumqayit.tv  Pravda.az  xəbər verir ki, məhkəmə apellyasiya şikayətini təmin etməyib və birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb.

İttihama görə, təqsirləndirilən şəxs zərərçəkmişi Yasamal rayonu ərazisində yerləşən MİDA sosial yaşayış komplekslərində 3 və 4 otaqlı mənzil alınmasına köməklik göstərə biləcəyinə inandıraraq müxtəlif vaxtlarda ondan pul alıb.

Araşdırma zamanı müəyyən olunub ki, ödənişlərin bir hissəsi Sumqayıt şəhərində, o cümlədən 45-ci məhəllədə yerləşən "Unibank" filialının qarşısında nağd şəkildə həyata keçirilib. Sonrakı mərhələlərdə isə "Emanat", "Mpay", "MilliÖn" terminalları və bank köçürmələri vasitəsilə müxtəlif məbləğlər ödənilib.

İstintaqla müəyyən edilib ki, Əjdər Tağıyev zərərçəkmişdən ümumilikdə 27 690 manat alaraq vəd etdiyi mənzillərin alınmasını təmin etməyib və pulu şəxsi məqsədləri üçün istifadə edib.

Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə o, Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq) maddəsi ilə təqsirli bilinərək 3 il 4 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Həmçinin əvvəlki hökm üzrə icra edilməmiş 4 500 manat cərimə də hazırkı cəzaya əlavə olunub. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. Sumqayıt Apellyasiya Məhkəməsi isə bu hökmdə dəyişiklik etməyib.


5-08-2026, 14:48 45

Digər xəbərlər

33 nömrəli avtobusla bağlı sakinlərin narazılığı artır: “Uzun müddət gözləyirik"

Sumqayıt Tibb Mərkəzində qalmaqal - 13 əməkdaş qanunsuz olaraq işdən çıxarılıb

Sumqayıt Ağsaqqallar Şurasında qarşıda duran vəzifələr müzakirə olunub -FOTO

Sumqayıt sakinlərinə ŞAD XƏBƏR – Xırdalan qatarı yenidən işləyəcək-VİDEO

Sumqayıtda kafe tamamilə yanıb

Sumqayıtda ağacların qanunsuz kəsilməsi ilə bağlı araşdırma aparılır – 71 940 manatlıq ziyan

Sumqayıtda 1 nömrəli Şəhər Xəstəxanasına yeni rəhbər təyin olunub-FOTO/VİDEO

Novxanıda kirayədə yaşayan kişinin meyiti tapıldı

AQTA-dan bitki yağları ilə bağlı XƏBƏRDARLIQ: Bəzi məhsullarda təhlükəli maddə aşkarlanıb

Bakı metrosunda hərəkət dəyişir: Sumqayıtdan Bakıya gedənlərin DİQQƏTİNƏ

Kamran Əsədov məhkəmədə cinayət işinə xitam verilməsini istədi

Sumqayıtda avqust ayının pensiyaları ÖDƏNİLDİ

Sumqayıtda 27,5 milyon manatlıq layihə: 100-dən çox yeni iş yeri yaradılacaq

Novxanıda üç avtomobil toqquşdu – Xəsarət alanlar var

Sumqayıt yolunda yanğın təhlükəsi yaradan quru ot və zibillər təmizləndi

“Təmiz sahil, təmiz dəniz” – Coratda iməcilik keçirildi

Sumqayıtda zibil qutuları niyə azalıb? – Sakinləri düşündürən məsələ-FOTO

Sumqayıtın 5-ci mikrorayonundakı 8/2 yataqxanasında günorta saatlarında su gəlmir – Sakinlər iddia edir

Sabah Sumqayıtda 29 min abonentin qazı kəsiləcək

Sumqayıtda restorandan oğurluq edən və motosiklet qaçıran şəxslər saxlanıldı

1 2 3 4 5 6 7 8 9 10 ... 1098
Dünən, 22:10
Dünən, 21:37
Dünən, 20:04
Dünən, 18:06
Dünən, 18:00
Dünən, 17:53
Dünən, 16:42
Dünən, 15:27
Dünən, 13:45
Dünən, 13:44
Dünən, 13:29
Dünən, 12:37
Dünən, 12:25
Dünən, 12:08
Dünən, 11:52
Dünən, 10:35
Dünən, 09:10
13-08-2026, 20:46
13-08-2026, 17:24
13-08-2026, 16:00
13-08-2026, 13:43
13-08-2026, 12:39
13-08-2026, 12:07
13-08-2026, 11:04
13-08-2026, 10:45
13-08-2026, 10:23
12-08-2026, 20:02
12-08-2026, 17:45
12-08-2026, 16:16
12-08-2026, 15:25
12-08-2026, 15:23
12-08-2026, 14:05
12-08-2026, 13:12
12-08-2026, 12:34
12-08-2026, 12:19
12-08-2026, 12:16
12-08-2026, 12:11
12-08-2026, 10:00
12-08-2026, 01:54
11-08-2026, 20:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1098