
Cəlilabad rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsində Sumqayıt sakinləri də xəsarət alıblar.
Sumqayit.tv APA-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında rayonun Soltankənd–Zəhmətabad avtomobil yolunda qeydə alınıb.
İlkin məlumata görə, hərəkətdə olan "BMW" markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil təxminən 50 metr hündürlükdən dərəyə aşıb.
Qəza nəticəsində avtomobildə olan 4 nəfər, o cümlədən 1 azyaşlı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar hadisə yerinə çağırılan təcili tibbi yardım briqadaları tərəfindən xəstəxanaya çatdırılıblar.
Xəsarət alanlar Yardımlı rayon sakini, 1980-ci il təvəllüdlü Elbrus Fərman oğlu Qafarov, həmçinin Sumqayıt şəhər sakinləri 2003-cü il təvəllüdlü Zəhra Əlizamin qızı Qafarova, 2012-ci il təvəllüdlü S. Qafarov və 2025-ci il təvəllüdlü M. Məmmədov olublar.
Faktla bağlı araşdırma aparılır.




