Tanışını "qəzəlxan" dediyi üçün bıçaqladı – Hökm açıqlandı

Xaçmazda tanışını bıçaqlamaqda təqsirləndirilən şəxsə hökm oxunub.

Sumqayit.tv  Pravda.az-a istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Fərhad Məmmədov (soyadı şərtidir) barəsində hökm elan edilib.

Məhkəmənin qərarına əsasən, təqsirləndirilən şəxs 7 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

İttihama görə, hadisə 2025-ci ildə Xaçmaz şəhərində baş verib. Zərərçəkmiş Mehrab Nəbiyev (soyadı şərtidir) zarafatla Fərhad Məmmədovu "qəzəlxan" deyə çağırıb. Bundan sonra tərəflər arasında mübahisə yaranıb və Fərhad üzərində gəzdirdiyi qatlanan cib bıçağı ilə onun qarın nahiyəsinə zərbə endirib.

Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, zərərçəkmişin aldığı xəsarətlər həyat üçün təhlükəli olmaqla sağlamlığa ağır zərər kimi qiymətləndirilib.

Məhkəmə istintaqı zamanı Fərhad Məmmədov özünü qismən təqsirli bilib. O bildirib ki, məqsədi zərərçəkmişi qorxutmaq olub və bıçağın təsadüfən dəydiyini iddia edib.

Lakin məhkəmə toplanmış sübutları nəzərə alaraq onu təqsirli bilib və barəsində 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib.


6-08-2026, 14:38 42

Digər xəbərlər

33 nömrəli avtobusla bağlı sakinlərin narazılığı artır: “Uzun müddət gözləyirik"

Sumqayıt Tibb Mərkəzində qalmaqal - 13 əməkdaş qanunsuz olaraq işdən çıxarılıb

Sumqayıt Ağsaqqallar Şurasında qarşıda duran vəzifələr müzakirə olunub -FOTO

Sumqayıt sakinlərinə ŞAD XƏBƏR – Xırdalan qatarı yenidən işləyəcək-VİDEO

Sumqayıtda kafe tamamilə yanıb

Sumqayıtda ağacların qanunsuz kəsilməsi ilə bağlı araşdırma aparılır – 71 940 manatlıq ziyan

Sumqayıtda 1 nömrəli Şəhər Xəstəxanasına yeni rəhbər təyin olunub-FOTO/VİDEO

Novxanıda kirayədə yaşayan kişinin meyiti tapıldı

AQTA-dan bitki yağları ilə bağlı XƏBƏRDARLIQ: Bəzi məhsullarda təhlükəli maddə aşkarlanıb

Bakı metrosunda hərəkət dəyişir: Sumqayıtdan Bakıya gedənlərin DİQQƏTİNƏ

Kamran Əsədov məhkəmədə cinayət işinə xitam verilməsini istədi

Sumqayıtda avqust ayının pensiyaları ÖDƏNİLDİ

Sumqayıtda 27,5 milyon manatlıq layihə: 100-dən çox yeni iş yeri yaradılacaq

Novxanıda üç avtomobil toqquşdu – Xəsarət alanlar var

Sumqayıt yolunda yanğın təhlükəsi yaradan quru ot və zibillər təmizləndi

“Təmiz sahil, təmiz dəniz” – Coratda iməcilik keçirildi

Sumqayıtda zibil qutuları niyə azalıb? – Sakinləri düşündürən məsələ-FOTO

Sumqayıtın 5-ci mikrorayonundakı 8/2 yataqxanasında günorta saatlarında su gəlmir – Sakinlər iddia edir

Sabah Sumqayıtda 29 min abonentin qazı kəsiləcək

Sumqayıtda restorandan oğurluq edən və motosiklet qaçıran şəxslər saxlanıldı

1 2 3 4 5 6 7 8 9 10 ... 1098
Dünən, 22:10
Dünən, 21:37
Dünən, 20:04
Dünən, 18:06
Dünən, 18:00
Dünən, 17:53
Dünən, 16:42
Dünən, 15:27
Dünən, 13:45
Dünən, 13:44
Dünən, 13:29
Dünən, 12:37
Dünən, 12:25
Dünən, 12:08
Dünən, 11:52
Dünən, 10:35
Dünən, 09:10
13-08-2026, 20:46
13-08-2026, 17:24
13-08-2026, 16:00
13-08-2026, 13:43
13-08-2026, 12:39
13-08-2026, 12:07
13-08-2026, 11:04
13-08-2026, 10:45
13-08-2026, 10:23
12-08-2026, 20:02
12-08-2026, 17:45
12-08-2026, 16:16
12-08-2026, 15:25
12-08-2026, 15:23
12-08-2026, 14:05
12-08-2026, 13:12
12-08-2026, 12:34
12-08-2026, 12:19
12-08-2026, 12:16
12-08-2026, 12:11
12-08-2026, 10:00
12-08-2026, 01:54
11-08-2026, 20:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1098