
Sumqayıt şəhərinin 13-cü mikrorayonunda yerləşən uşaq parkı ilə bağlı sakinlərin narazılığı qısa müddətdə aradan qaldırılıb.
Bir neçə gün əvvəl Sumqayit.tv tərəfindən işıqlandırılan xəbərdə sakinlər parkdakı yelləncəklərin və sürüşkənlərin qıfıl, tros və iplərlə bağlandığını, uşaqların parkdan istifadə etməsinə maneə yaradıldığını iddia edirdilər.
Hazırda isə redaksiyamıza eyni ərazidə yaşayan sakinlərdən sevindirici görüntülər göndərilib.
Sakinlərin sözlərinə görə, Sumqayit.tv-də məsələ işıqlandırıldıqdan sonra park avadanlıqları açılıb və uşaqlar yenidən sərbəst şəkildə parkdan istifadə etməyə başlayıblar.
Redaksiyamıza göndərilən videoda uşaqların yelləncəklərdə və oyun avadanlıqlarında sevinc üçün
Müraciət müəllifləri problemin həllinə görə Sumqayit.tv-yə təşəkkür edərək, səslərinin ictimaiyyətə çatdırılmasının nəticə verdiyini bildiriblər.
Sumqayit.tv bundan sonra da vətəndaş müraciətlərini diqqətdə saxlayacaq və ictimai əhəmiyyət kəsb edən problemlərin işıqlandırılmasını davam etdirəcək.
Bu gün, 12:32
9