
Sumqayıtda polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməllərində şübhəli bilinən iki nəfər saxlanılıb.
Sumqayit.tv xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, şəhər ərazisində "VAZ-2103" markalı avtomobilin qaçırılması barədə daxil olmuş məlumat əsasında həyata keçirilən tədbirlər nəticəsində 34 yaşlı İ.Xəlilov müəyyən edilərək saxlanılıb. Qaçırılmış avtomobil sahibinə təhvil verilib.
Bundan əlavə, Sumqayıt çimərliklərindən birində vətəndaşa məxsus mobil telefonu oğurlamaqda şübhəli bilinən 38 yaşlı R.Ehtibarov da polis əməkdaşları tərəfindən saxlanılıb.
Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.
Bu gün, 12:14
9