
Azərbaycan ilə Tacikistan arasında təhsil sahəsində əməkdaşlığı nəzərdə tutan yeni saziş təsdiqlənib.
Sumqayit.tv President.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Tacikistan Respublikasının Təhsil və Elm Nazirliyi arasında illik təhsil kvotalarının qarşılıqlı ayrılması haqqında Saziş"in təsdiq edilməsi barədə fərman imzalayıb.
Qeyd edək ki, sənəd 2026-cı il mayın 21-də Bakı şəhərində imzalanıb.
Saziş iki ölkə arasında ali təhsil sahəsində əməkdaşlığın genişləndirilməsinə və hər il qarşılıqlı təhsil kvotalarının ayrılmasına hüquqi əsas yaradır.
Bu gün, 13:41
7