
Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsində ölümə səbəb olan bədbəxt hadisə baş verib.
Sumqayit.tv xəbər verir ki, hadisə qəsəbə ərazisində fəaliyyət göstərən MMC-lərdən birində qeydə alınıb.
Məlumata görə, müəssisədə usta köməkçisi kimi çalışan 2007-ci il təvəllüdlü İsmayılzadə Elnur Vidadi oğlu iş zamanı damdan yıxılıb.
Hadisə nəticəsində ağır xəsarətlər alan 19 yaşlı gənc xəstəxanaya çatdırılıb. Lakin göstərilən tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisənin başvermə səbəbləri və digər hallar araşdırılır.
Qeyd: Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Bu gün, 10:25
43