
Sumqayıt şəhərinin Qurd dərəsi yaşayış massivində 61 yaşlı kişi avtomobildə dünyasını dəyişib.
Sumqayit.tv xəbər verir ki, 1965-ci il təvəllüdlü Çingiz Həmdulla oğlu Bayramov özünə məxsus “BYD” markalı avtomobili idarə edərkən qəfil halı pisləşib.
O, hadisə yerində vəfat edib.
Kişinin ölüm səbəbi araşdırılır.
Mənbə: Teleqraf.az
Bu gün, 12:35
8