
Sumqayıt Apellyasiya Məhkəməsində ailə-məişət mübahisəsi zəminində həyat yoldaşına xəsarət yetirməkdə təqsirləndirilən şəxslə bağlı qərar dəyişdirilməyib.
Sumqayit.tv Pravda.az-a istinadən xəbər verir ki, iş üzrə kassasiya şikayətinə Ali Məhkəmədə baxılıb və şikayət təmin edilməyib.
Məhkəmə materiallarına görə, hadisə 2026-cı ildə Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində baş verib. Bildirilir ki, ər-arvad arasında yaranan mübahisə zamanı kişi həyat yoldaşına xəsarət yetirib.
Abşeron Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Sonradan Sumqayıt Apellyasiya Məhkəməsinə verilən şikayət də təmin olunmayıb.
Ali Məhkəmə isə kassasiya şikayətini təmin etməyərək əvvəlki qərarları qüvvədə saxlayıb.
Qeyd: Təqsirləndirilən şəxsin adı mənbədə dəyişdirilib.
Bu gün, 12:31
6