
Sumqayıtda 5-ci mərtəbənin eyvanından yıxılan 10 yaşlı uşağın vəziyyəti ağır olaraq qiymətləndirilir.
Sumqayit.tv xəbər verir ki, hadisə avqustun 9-da saat 12:30 radələrində baş verib. 2016-cı il təvəllüdlü oğlan Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasına yerləşdirilib.
Uşağa döş qəfəsinin sınığı diaqnozu qoyulub və o, Reanimasiya şöbəsinə yerləşdirilib.
Hazırda onun müalicəsi davam etdirilir və vəziyyəti ağır qiymətləndirilir.
Mənbə: Report.az
Bu gün, 13:12
7