Sarayda qohumunu öldürən şəxslə bağlı MƏHKƏMƏ QƏRARI

Sumqayıt Apellyasiya Məhkəməsində Abşeron rayonunun Saray qəsəbəsində qohumunu öldürməkdə təqsirləndirilən Vüqar Abuzərovun apellyasiya şikayətinə baxılıb.

Sumqayit.tv xəbər verir ki, hakim Ruhiyyə Əsgərovanın sədrliyi ilə keçirilən məhkəmə iclasında qərar elan olunub. Qərara əsasən, təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin edilməyib.

İttihama görə, hadisə 29 avqust 2025-ci ildə saat 11 radələrində Saray qəsəbəsində baş verib.

Məlumata görə, təxminən yeddi ay ərzində Vüqar Abuzərovun yaşadığı evdə təmir işləri aparan qohumu, 1971-ci il təvəllüdlü Adil İmambaxışov hamam otağında kanalizasiya borusunun çəkilməsi ilə bağlı görüləcək işin yerini göstərib.

Bu zaman tərəflər arasında mübahisə yaranıb. İttihama əsasən, Adil İmambaxışov Vüqar Abuzərovu təhqir edib və daha sonra hamam otağında olan şüşə banka ilə onun başına zərbə endirib.

Bundan sonra Vüqar Abuzərovun Adili öldürmək qərarına gəldiyi bildirilir. O, hamam otağında olan mətbəx bıçağını götürərək Adil İmambaxışova çoxsaylı zərbələr endirib.

Məhkəmə-tibbi ekspertizasının nəticələrinə əsasən, mərhumun bədənində 14 kəsilmiş-deşilmiş və kəsilmiş yara müəyyən edilib. Xəsarətlər nəticəsində yaranan kəskin daxili və xarici qanaxma onun ölümünə səbəb olub.

Vüqar Abuzərova Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi – xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə maddəsi ilə ittiham verilib.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vüqar Abuzərov 17 il müddətinə azadlıqdan məhrum edilib.

Sumqayıt Apellyasiya Məhkəməsi isə müdafiə tərəfinin apellyasiya şikayətini təmin etməyib və əvvəlki qərarı qüvvədə saxlayıb.

Mənbə: Pravda.az


Bu gün, 17:45 7

Digər xəbərlər

Sarayda qohumunu öldürən şəxslə bağlı MƏHKƏMƏ QƏRARI

Sumqayıt yolunda yanğın təhlükəsi yaradan quru ot və zibillər təmizləndi

Sumqayıt Musiqi Kollecinin sabiq direktoru VƏFAT EDİB

Naxçıvanın yeni əsri: Zəfərin yaratdığı imkanlar

Sumqayıt Ağsaqqallar Şurası məhəllə ağsaqqalları ilə görüş keçirib-FOTO

Sarayda 204 mənzil üçün seçim BAŞLAYIR

II qrupda təhsil haqları artdı – SDU-da da qiymətlər yüksəldi

Sumqayıtlı abituriyentlərin nəzərinə: İxtisas seçimi BAŞLADI

298 nəfərin adına saxta əmək müqaviləsi rəsmiləşdirilib – Sumqayıt Apellyasiya Məhkəməsi qərar verdi

Lənkəranda meşəlik ərazidə ölüləri tapılan şəxslərlə bağlı Sumqayıt DETALI

Kəramət Böyükçöl Sumqayıtdakı obyektləri ilə bağlı AÇIQLAMA VERDİ

Ölkə başçısı İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib - FOTO

Azərbaycanda 8 sənaye parkı fəaliyyət göstərir: Sumqayıt Sənaye Parkı ön sıralardadır

Sumqayıtın Xəzər bağlarında sakinlər su probleminə görə küçəyə çıxdılar – VİDEO

Abituriyentlərin NƏZƏRİNƏ: Sumqayıtda Məsləhət Mərkəzi fəaliyyətə başladı

Sarayda 30 yaşlı kişinin meyiti yaşadığı evdə tapıldı

16-cı mikrorayonun demək olar bütün küçələri asfaltlanıb, bir küçə isə belə qalıb – Sakinlərdən ŞİKAYƏT/VİDEO

Sumqayıtda sakinlər aylardır su problemi yaşayır

Sumqayıtda Kəramət Böyükçölə məxsus 3 obyektin istismarına İCAZƏ VERİLDİ

Abituriyentlərə MÜHÜM XƏBƏR: I qrup üzrə bu qədər dövlət sifarişli yer ayrılıb – İXTİSAS SEÇİMİ BAŞLAYIR

1 2 3 4 5 6 7 8 9 10 ... 1097
Bu gün, 17:45
Bu gün, 16:16
Bu gün, 15:25
Bu gün, 15:23
Bu gün, 14:05
Bu gün, 13:12
Bu gün, 12:34
Bu gün, 12:19
Bu gün, 12:16
Bu gün, 12:11
Bu gün, 10:00
Bu gün, 01:54
Dünən, 20:26
Dünən, 17:46
Dünən, 16:53
Dünən, 16:38
Dünən, 15:28
Dünən, 14:59
Dünən, 13:14
Dünən, 11:26
Dünən, 11:19
Dünən, 11:09
Dünən, 10:55
10-08-2026, 21:56
10-08-2026, 18:13
10-08-2026, 17:13
10-08-2026, 16:01
10-08-2026, 15:45
10-08-2026, 14:29
10-08-2026, 14:25
10-08-2026, 13:12
10-08-2026, 12:49
10-08-2026, 12:35
10-08-2026, 12:31
10-08-2026, 12:22
10-08-2026, 12:00
10-08-2026, 10:25
10-08-2026, 02:13
10-08-2026, 01:49
9-08-2026, 18:48
1 2 3 4 5 6 7 8 9 10 ... 1097