
Azərbaycanda fəaliyyət göstərən sənaye parkları arasında Sumqayıt Sənaye Parkı da ölkənin sənaye potensialının əsas mərkəzlərindən biri kimi diqqət çəkir.
Sumqayit.tv xəbər verir ki, avqustun 11-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Naxçıvan Sənaye Parkının təməlqoyma mərasimində iştirak ediblər.
Bununla ölkədə fəaliyyət göstərən sənaye parklarının sayı 8-ə çatıb. Hazırda Sumqayıt, Mingəçevir, Qaradağ, Pirallahı, Ağdam, Haçıqabul, "Araz Vadisi İqtisadi Zonası" və Balaxanı Sənaye Parkları fəaliyyət göstərir.
Məlumata görə, bu sənaye parklarında ümumilikdə 184 rezident qeydiyyata alınıb. Onlardan 101-i artıq fəaliyyət göstərir.
Rezidentlər tərəfindən indiyədək 7,1 milyard manatdan çox investisiya cəlb edilib və 11 500-dən çox iş yeri yaradılıb.
Sənaye parklarında 2026-cı il iyulun 1-dək ümumilikdə 21,4 milyard manatlıq məhsul istehsal olunub. İstehsalın 6,7 milyard manatlıq hissəsi ixrac edilib.
Naxçıvan Sənaye Parkının isə Naxçıvan şəhərinin cənub-qərb hissəsində, Naxçıvan-Sədərək avtomobil yolunun cənubunda 310 hektar ərazidə yaradılması nəzərdə tutulur.
Qeyd edək ki, Sumqayıt Sənaye Parkı ölkənin sənaye parkları sistemində ən mühüm istehsal mərkəzlərindən biri olaraq fəaliyyət göstərir. Parkda müxtəlif sənaye sahələri üzrə çoxsaylı rezident müəssisələr fəaliyyət göstərir və burada yaradılan istehsal imkanları həm daxili bazarın təminatına, həm də ixrac potensialının artırılmasına xidmət edir.
Dünən, 20:26
18