
Bakıda “Xəyalın Qonağı 6” adlı növbəti tədbir keçirilib.
Sumqayit.tv xəbər verir ki, tədbir “Park Bulvar”da yerləşən “Çağ Baku” restoranında baş tutub. Müxtəlif sahələrdə fəaliyyət göstərən tanınmış simaların, yaradıcı şəxslərin, sahibkarların və dəvətli qonaqların iştirak etdiyi tədbir maraqlı anlarla yadda qalıb.
Tədbir çərçivəsində qonaqlar arasında xoş ünsiyyət və fikir mübadiləsi aparılıb, iştirakçılara müxtəlif təqdimatlar keçirilib. Gecənin əsas diqqətçəkən məqamlarından biri isə qonaqlara biri-birindən maraqlı hədiyyələrin təqdim olunması olub. Hədiyyələr iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Tədbirin əsas məqsədi müxtəlif sahələrdə fəaliyyət göstərən şəxsləri bir araya gətirmək, yeni tanışlıqlar və əməkdaşlıqlar üçün imkan yaratmaq, yaradıcı ideyaları dəstəkləmək və iştirakçılar arasında səmimi ünsiyyət mühiti formalaşdırmaq olub.
“Xəyalın Qonağı 6” layihəsinin həyata keçirilməsinə müxtəlif şirkət və brendlər də dəstək göstərib.
Layihənin dəstəkçiləri sırasında “Meh Collection”, “Maiden Tower” Ətir, “İlğım Ədviyyat”, “Clean Home AZ”, “AZƏRKƏNAF”, “Qlobus Xaricdə Təhsil” "Xarı Bülbül" Tədris Mərkəzi və "Star Kids Group" yer alıb.
Təşkilatçılar layihənin reallaşmasına göstərdikləri dəstəyə görə bütün tərəfdaş və dəstəkçilərə təşəkkürlərini bildiriblər. Qeyd olunub ki, bu cür əməkdaşlıqlar müxtəlif sahələrdə fəaliyyət göstərən şəxslərin bir araya gəlməsinə, yeni layihə və təşəbbüslərin formalaşmasına şərait yaradır.
“Xəyalın Qonağı 6” gecəsi səmimi atmosferi, maraqlı görüşləri, təqdim olunan xüsusi hədiyyələri və iştirakçıların fəal iştirakı ilə yadda qalıb.
Layihənin gələcəkdə də davam etdirilməsi və yeni tədbirlərin keçirilməsi nəzərdə tutulur.




Bu gün, 18:13
14