Sumqayıtın “Yaşıl dərə” yaşayış massivində sakinlərin uzun illərdir həllini gözlədiyi problem yenidən gündəmə gəlib.
Sumqayit.tv xəbər verir ki, massivinin ikinci məhəlləsində yaşayan sakinlər həyətlərinin qarşısından keçən Acıdərə kanalının açıq vəziyyətdə olmasından narazıdırlar.
Sakinlərin sözlərinə görə, problem 20 ildən artıqdır davam edir. Xüsusilə yay aylarında kanalın ətrafından yayılan üfunət və kanalizasiya qoxusu ərazidə yaşayanların narahatlığına səbəb olur.
Onlar bildirirlər ki, isti havalarda vəziyyət daha da ağırlaşır. Ərazidə ağcaqanadların çoxalması da sakinlərin gündəlik həyatına mənfi təsir göstərir.
Sakinlər aidiyyəti qurumlara müraciət edərək problemin həll olunmasını və kanalın ətrafında müvafiq tədbirlərin görülməsini istəyirlər.
“Ən pis yer-yurd buradır, xahiş edirik, səsimizi çatdırın”, – sakinlərdən biri bildirib.
Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyi açıqlanmayıb.
Ətraflı:Baku.tv
Bu gün, 11:09
5