SDU ilə “Azərikimya” arasında strateji əməkdaşlıq GÜCLƏNDİRİLİR – YENİ RAZILAŞMA

Sumqayıt Dövlət Universiteti (SDU) ilə SOCAR-ın “Azərikimya” İstehsalat Birliyi arasında əməkdaşlığın yeni mərhələsi ilə bağlı mühüm müzakirələr aparılıb.

Sumqayit.tv xəbər verir ki, SDU-nun rektoru, professor Nurəli Yusifbəylinin rəhbərlik etdiyi nümayəndə heyəti SOCAR “Azərikimya” İstehsalat Birliyində işgüzar görüş keçirib.

Görüş zamanı universitet-sənaye əməkdaşlığının genişləndirilməsi, kimya və neft-kimya sənayesi üçün yüksəkixtisaslı mühəndis kadrların hazırlanması, tələbələrin istehsalat təcrübələrinin artırılması və elmi-tədqiqat fəaliyyətinin real istehsalat ehtiyacları ilə uyğunlaşdırılması məsələləri müzakirə olunub.

Rektor Nurəli Yusifbəyli universitet-sənaye tərəfdaşlığının insan kapitalının inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. O, SDU-da mühəndislik təhsilinin müasir tələblərə uyğunlaşdırılması və tələbələrin praktiki hazırlığının gücləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib.

Görüşdə tələbələrin istehsalat müəssisələrində təcrübə keçməsi, birgə elmi və tətbiqi layihələrin həyata keçirilməsi, “Azərikimya”nın aparıcı mütəxəssislərinin universitetdə ustad dərslərinə cəlb olunması və gələcək kadr hazırlığı ilə bağlı uzunmüddətli əməkdaşlıq mexanizmlərinin yaradılması da müzakirə edilib.

“Azərikimya”nın baş direktoru Elnur Məmmədli isə müəssisədə rəqəmsal transformasiya, avtomatlaşdırma və yeni texnologiyaların tətbiqinin müasir bilik və bacarıqlara malik mühəndislərə tələbatı artırdığını vurğulayıb.

Tərəflər tələbələrin innovasiya və startap layihələrinə cəlb olunması, enerji, kimya və mühəndislik ixtisasları üzrə təhsil alan gənclərin istehsalat təcrübələrinin genişləndirilməsi məsələlərinə də diqqət yetiriblər.

Görüşün sonunda əməkdaşlığın yeni mərhələyə keçirilməsi məqsədilə çərçivə əməkdaşlıq sənədinin hazırlanması və imzalanması barədə razılıq əldə olunub.

Bildirilir ki, yeni əməkdaşlıq ali təhsil, elm, innovasiya və istehsalat arasında əlaqələrin gücləndirilməsinə və sənayenin tələblərinə uyğun kadr hazırlığının inkişafına xidmət edəcək.

 

 


Bu gün, 10:55 49

Digər xəbərlər

Abituriyentlərə MÜHÜM XƏBƏR: I qrup üzrə bu qədər dövlət sifarişli yer ayrılıb – İXTİSAS SEÇİMİ BAŞLAYIR

Sumqayıtda məcburi köçkünlərin yaşadığı binalar TƏMİR OLUNACAQ – 525 min manatlıq MÜQAVİLƏ

Sumqayıt sakinləri illərdir bu problemdən əziyyət çəkir – “Səsimizi çatdırın!”

SDU ilə “Azərikimya” arasında strateji əməkdaşlıq GÜCLƏNDİRİLİR – YENİ RAZILAŞMA

Sumqayıt deputatı seçicilərlə daha səmimi ünsiyyəti ilə diqqət çəkir

“Xəyalın Qonağı 6” – maraqlı görüş, xüsusi hədiyyələr və yaddaqalan anlar-FOTO

Sumqayıtda sakin gecə saatlarında restoranların qarşısındakı səs-küydən şikayətlənir

Bəzi məhsullar bahalaşa bilər

Azərbaycan və Ukrayna bu sahədə əməkdaşlıq edəcək

Vətəndaşlara 122 milyondan çox ƏDV geri qaytarılıb

Sumqayıt” – “Neftçi” matçının stadionu DƏYİŞDİRİLDİ

Sumqayıtda eyvandan yıxılan 10 yaşlı uşağın vəziyyəti AĞIRDIR

Sumqayıt sakini dənizdə boğularaq öldü

Sumqayıtda 61 yaşlı kişi sükan arxasında vəfat etdi

Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı qüvvədə saxlanıldı – ailə mübahisəsi MƏHKƏMƏYƏ GEDİB

Əlil arabasında həyatını kitaba çevirdi – Yusif Əlilinin “Sərhədsiz Həyat” kitabı təqdim edildi

Sumqayıtda 10 yaşlı uşaq 5-ci mərtəbədən yıxıldı-SAĞ QALDI

Sumqayıtda 19 yaşlı gənc bədbəxt hadisə nəticəsində öldü

Lionel Messi atasına son vidanı etdi-FOTO

Sumqayıtda gecə saatlarında motosikletlərə qarşı NƏZARƏT GÜCLƏNDİRİLDİ – 30-a yaxın sürücü cəzalandırıldı-VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1096
Bu gün, 11:26
Bu gün, 11:19
Bu gün, 11:09
Bu gün, 10:55
Dünən, 21:56
Dünən, 18:13
Dünən, 17:13
Dünən, 16:01
Dünən, 15:45
Dünən, 14:29
Dünən, 14:25
Dünən, 13:12
Dünən, 12:49
Dünən, 12:35
Dünən, 12:31
Dünən, 12:22
Dünən, 12:00
Dünən, 10:25
Dünən, 02:13
Dünən, 01:49
9-08-2026, 18:48
9-08-2026, 13:39
8-08-2026, 18:23
8-08-2026, 16:12
8-08-2026, 15:43
8-08-2026, 12:55
8-08-2026, 11:06
8-08-2026, 11:04
8-08-2026, 10:58
7-08-2026, 15:39
7-08-2026, 14:15
7-08-2026, 13:41
7-08-2026, 12:48
7-08-2026, 12:41
7-08-2026, 12:32
7-08-2026, 12:14
7-08-2026, 10:21
7-08-2026, 01:57
6-08-2026, 22:00
6-08-2026, 17:02
1 2 3 4 5 6 7 8 9 10 ... 1096